UFC yarışlarını Qazaxıstanda təşkil edə bilər
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UFC(Mütləq Döyüş Çempionatı) 2027-2028-ci illərdə yarışlarını Qazaxıstanda təşkil edə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə ölkənin turizm və idman naziri Yerbol Mırzabosınov açıqlama verib.
O qeyd edib ki, UFC döyüş gecələrinin 2027-2028-ci illərdə Qazaxıstanda təşkili gündəmdədir.
Nazir bildirib ki, ilin əvvəlindən UFC rəhbərliyi ilə bir neçə danışıqlar və işgüzar görüş keçirilib. Hazırda müzakirələr davam edir.
“İlin əvvəlindən UFC ilə bağlı bir neçə danışıqlar və işgüzar görüş keçirmişik. Danışıqlar fəal şəkildə davam etdirilir. Ayın sonunda 2027–2028-ci illərdə UFC tədbirlərinin keçirilməsi ilə bağlı hansı qərara gəldiyimizi daha ətraflı açıqlayacağıq. Bütün zəruri işlər görülüb. Ayın sonunda yekun nəticələri də bildirəcəyik”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, hələlik UFC tədbirlərinin Qazaxıstanda keçirilməsi ilə bağlı yekun qərar açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















