Bələdçinin qızı: Partlayışı görəndən sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Təyyarənin qəzaya düşərək partlamasını görüntülərdə izlədikdən sonra inanmırdım ki, atam o qəzadan sağ çıxa bilər.
Bunu “Report”a açıqlamasında qəzadan sağ çıxan bələdçi Zülfüqar Əsədovun qızı Könül Əsədova deyib.
O, atasının 37 ildir təyyarədə bələdçi kimi çalışdığını bildirib:
“Biz evdə iki övladıq. Atam həmişə işə gedəndə mən həyəcan keçirirdim. Özüm müəlliməyəm, hadisə baş verən günü də işdə idim. Qəza səhər saatlarında olsa da, işdə olanda günorta saatlarında xəbərini aldım. Yoldaşım zəng edərək icazə alıb evə gəlməyimi dedi. Dedi ki, atanın olduğu təyyarə qəzaya uğrayıb, narahat olma, sağdır. O an çox çətin idi, inana bilmirdim ki, atam sağdır. Atamın səsini eşitdim, dedim yəqin robotdur mənimlə danışır. Çünki o partlayışdan sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər".
K.Əsədova əlavə edib ki, Z.Əsədovun vəziyyəti getdikcə yaxşılaşır:
“Əməliyyat olunub, bir az ağrıları var. Ötən gün çox qısa müddətə onunla görüşdük. Səhhəti getdikcə yaxşılaşır. Yəqin ki, yaxın günlərdə evə buraxılacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















