Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Gənclər gününüz mübarək, Azərbyacan gəncləri!

Gənclər gününüz mübarək, Azərbyacan gəncləri!

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanda bütün dövlətçilik təsisatları yaradıldı. Xalqın ciddi təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etdi, daha geniş miqyasda dünyəvi dövlət kimi formlaşmağın əsası qoyuldu. Xalq hakimiyyətə inandı, hakimiyyət xalqa güvəndi. Bu, dövlətçiliyi yaşatmağın başlıca siyasi amili idi və gənc Azərbaycan Respublikası böyük tarixi şəxsiyyətin siyasi dühasının işığında kənar təsirləri də aradan qaldırmaqdaydı. 1994-cü ilin başlanğıcında Azərbaycan Ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı xalqın inamını daha da dərinləşdirdi, xalq inandı ki, ərazilərimiz işğaldan azad ediləcək. Xalqın bir hissəsi kimi gənclər də inandı. İnandı və hərəsi öz sahəsində Ulu Öndərin əsgəri oldu...
Ulu Öndər gəncliyə inanırdı, gəncliyə güvənirdi. Ona görə də bu gücün təşkilatlanmasına, onu dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəltməyə qərar vermişdi: 1997-ci il fevralın 1-də fevralın 2-sinin “Azərbaycan Gəncləri Günü” kimi təsis edilməsi haqqında Sərəncam imzaladı. Belə bir təşəbbüs sabiq SSRİ məkanında və Şərqi Avropada ilk hadisə kimi tarixləşdi...
Gənclərin işləri üzrə nazirlərin 1998-ci il avqustun 8-12-də keçirilən ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust- Beynəlxalq Gənclər Günü elan edildi. Bu, Azərbaycanın hansı səviyyədə bəşəri dövlət olduğunu təsdiqlədi...
Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissələrindən biri idi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev gənclər siyasətini həmişə diqqətdə saxlayır, ona olduqca həssas yanaşırdı.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğısını əsirgəmirdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.
Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsədini, prinsiplərini və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi.
Ulu Öndər Heydər Əliyev deyirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlandı.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Ulu Öndər Heydər Əliyev gənclərə inanırdı, əmin idi ki, gənc Azərbaycan dövləti gənclərin böyük vətənpərvərliyi və dövlətə, dövlətçiliyə sədaqəti ilə xarüqələr yaradacaqdır. Məhz bu inama görə böyük tarixi şəxsiyyət gənclər qarşısında tarixi bir vəzifə qoymuşdu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu sevgi, bu etibar, bu inam Azərbaycanda “Qızıl kitab”ın yaranmasında vasitə oldu.
Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il iyunun 22-də imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”, adları bu kitaba yazılan gənc istedadlar üçün xüsusi təqaüd təsis olundu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.
2002-ci il 9 aprel tarixində gənclər siyasətinin mahiyyətini əks etdirən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi, bu sahədə yaranan münasibətləri tənzimlədi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər sahələrdə olduğu kimi gənclər siyasətini də Ulu Öndərin tövsiyələri əsasında uğurla davam etdirir. İndi gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi formalaşmasına, gənc ailələrin sosial təminatına yönələn tədbirlər dövlət üçün prioritetdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirlər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etməsində mühüm hüquqi əsas oldu. Dövlət başçımızın imzaladığı Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edildi, respublikamızın şəhər və rayonlarında “Gənclər evi” də yaradılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirir. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.
Dövlət başçımızın 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı imzalanıb, 2019-cu il 26 iyul tarixli Sərəncamla “Yüksəliş” müsabiqəsi təsis edildi, “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi əsas Dövlət Proqramları qəbul edilib.
İkinci Qarabağ müharibəsində iştirak edənlərin böyük əksəriyyəti gənclər idi, yəni tarixi Zəfəri xalqın sərkərdəyə inamı, sərkərdənin xalqa güvənci, ordu ilə xalqın birliyi, xalq, bu sıradan Azərbaycan gəncliyi qazandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il fevralın 28-də imzaladığı Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı düşərgə, maarifləndirici və intellektual tədbirlər həyata keçirilib. Müxtəlif bölgələrdə təşkil olunan gənclər və könüllülər düşərgələrinə, şəhid və qazi övladları üçün keçirilən proqramlara 400-dən çox gənc cəlb olunub.
Gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər icra olunur...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1998-ci il fevralın 21-də YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında demişdi: “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər”.
Ulu öndərin inamı gerçəkləşdi...
Azərbaycanda “Azərbaycan Gəncləri Günü” böyük dövlətçilik təsisatı kimi qeyd olunur. Bu günün mahiyyəti həm dövlətçiliyə sədaqətdir, həm də Vətənə sevgidir. Azərbaycan gəncliyi bu sevgini böyük sədaqətlə yaşadır.
Gənclər gününüz mübarək, Azərbyacan gəncləri! Siz dövlətçiliyə sədaqətinizlə ilin hər gününü bu günün mahiyyəti kimi tarixləşdirəcəksiniz!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Yanvar 2026 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri