Ekstremal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb BMT
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Yanvar ayının ekstremal hava şəraiti ciddi iqtisadi və ekoloji zərərlərə, həmçinin böyük insan itkilərinə səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bəyanatında bildirilib
Məlumata görə, Çilidə meşə yanğınları on minlərlə insanın təxliyəsinə, yüzlərlə binanın məhv olmasına və ən azı 21 nəfərin həyatını itirməsinə səbəb olub.
Argentinanın cənubunda yüksək temperatur, uzunmüddətli quraqlıq və güclü küləklər dağıdıcı yanğınlara gətirib çıxarıb, Avstraliyanın böyük hissəsini isə təhlükəli hava şəraiti ilə müşayiət olunan iki istilik dalğası əhatə edib.
ÜMT-nin məlumatına görə, Kanadada və ABŞ-də güclü qar yağması, soyuq və şaxtalı hava həyat üçün təhlükə yaradıb.
Bildirilir ki, yüz minlərlə ev təsərrüfatı kütləvi uçuşların ləğvi və elektrik kəsintilərindən təsirlənmiş, bir neçə ölüm hadisəsi qeydə alınıb. Bundan əlavə, Avropanın böyük hissəsi güclü yağış və küləklərlə müşayiət olunan bir sıra fırtınalarla üzləşib.
Bu fırtınalar İrlandiya və Böyük Britaniyadan Portuqaliya, İspaniya və bütün Aralıq dənizi regionuna qədər bir çox ölkədə nəqliyyatın pozulmasına və daşqınlara səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















