Icma.az
close
up
RU
Bələdiyyə sədrinə cinayət işi açılıb Təbii ki, şikayət etsəydilər, bu qərarımı ləğv etdirə bilərdilər

Bələdiyyə sədrinə cinayət işi açılıb Təbii ki, şikayət etsəydilər, bu qərarımı ləğv etdirə bilərdilər

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə Bolu şəhər Bələdiyyəsinin CHP-li sədri Tanju Özcan haqqında cinayət işi açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun jurnalist Fatih Altaylının YouTube proqramındakı açıqlamaları olub.

Verilişdə Türkiyədə olan suriyalı qaçqınlara toxunan bələdiyyə sədri onlara Boluda şans tanımadığını və hətta bir çox hallarda qanunları aşaraq qərar qəbul verdiyini etiraf edib: "Onlar bizim dövlətdən kifayət qədər yardım alırlar. İlk gündən Bolu Bələdiyyəsinin büdcəsindən bir qəpik də yardım etməyəcəyimi dedim. Bir gecədə şəhərimizdəki mağazlardakı lövhələrini sökdüm, işlətmə hüququ verən lisenziyalarını ləğv etdim. Təbii ki, şikayət etsəydilər, bu qərarımı ləğv etdirə bilərdilər. Açıq deyim ki, qərarım qanuna əsaslanmırdı. Lakin o vaxtkı addımlarım sayəsində şəhərdə ərəbcə bor lövhə qalmadı. O dövr yeni seçilmişdim. Siyasətdə də ən güclü olduğun dövr yeni seçildiyin aylar olur. Mən də bundan yararlandım. Onlar şokda olduqlarından addım ata bilmədilər, heç nəyin nə olduğunu belə bilmədilər".

Bələdiyyə sədri daha sonra başqa bir etiraf edib: "Daha sonra onların nikah pulunu, su pulunu 10 dəfə qaldırdım. Düzünü desəm, bu da qanuni deyildi. Bilirdim ki, inzibati məhkəməyə getsələr, ləğv olunacaq. Necə ki, qərarım qüvvəyə minməmiş dövlətin ayrı qolları tərəfindən ləğv edildi..."

Məlumata görə. böyük maraqla qarşılanan bu açıqlamalara Ədliyyə naziri Yılmaz Tunç reaksiya verib. O, suriyalılarla bağlı açıqlamalarına görə Bolu Bələdiyyə sədri haqqında Bolu Baş Prokurorluğu tərəfindən istintaq başladıldığını bəyan edib.

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Yanvar 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri