Icma.az
close
up
RU
Bələdiyyələr borclarını niyə ödəmirlər...

Bələdiyyələr borclarını niyə ödəmirlər...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bələdiyyələrin borclarını ödəməsi məsələsi yenidən gündəmə gəlib. Onların bu prosesi tezləşdirilməsi tələb edilir. Borclar isə əsasən Dövlət Sosial Müdafiə Fonduna olan borclardır.

Modern.az hazırda bələdiyyələrin borclarının nə qədər olmasını araşdırıb.

Saytımıza açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bələdiyyə borclarının ödənilməsi məsələsi xeyli müddətdir gündəmdədir:

“Müxtəlif mülahizələr söylənilir. Bir çoxları bu borcların silinməsinin tərəfdarıdır. Bir çoxları onların müəyyən güzəştlərlə silinməsini arzulayırlar. Müəyyən qisim insanlar da bu borcların tam ödənilməsini tələb edirlər. Əlbəttə ki, bu borclar bir-iki ilin borcları deyil. Bələdiyyələr tərəfindən bir neçə il Sosial Müdafiə Fonduna ödənilməmiş məbləğdir. Bələdiyyələrin imkanları olmadığından bu borclar qaytarılmayıb. Son seçkilərdən sonra belə bir fikir vardı ki, dövlət tərəfindən bu borclar silinsin və bələdiyyələr öz fəaliyyətlərində aşkarlığı təmin edib, vaxtlı-vaxtında Sosial Müdafiə Fonduna öz borclarını ödəsinlər. Bəzi bələdiyyələr artıq  öz borclarını ödəyir. Bir çox bələdiyyələrin isə ödəmə imkanları yoxdur. Və təcili bu borcların ödənilməsi ilə əlaqədar tapşırıqların verilməsi onlara müəyyən çətinliklər yarada bilər. Mənə görə borcların qismən ödənilməsi ya təmin olunmalı, ya da onlar tamamilə silinməlidir”.

Komitə sədri vurğulayıb ki, borcların miqdarı 7 milyon 500 min manata yaxındır:

“Bir çox bələdiyyələrin bunu ödəmək imkanı yoxdur. Belə olan halda bələdiyyələr müəyyən dotasiyalar və ya başqa formalarda borcları ödəyə bilməsələr, maliyyə vəziyyətləri daha da çətinləşəcək. Yenə deyirəm, bələdiyyələr bu gün öz vergilərini yığmaq təşəbbüsü ilə çıxış edirlər. Yaxşı haldır ki, son illər yığılan vergilərin miqdarı artır. Bu da bələdiyyələrin yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həyata keçirmələrinə şərait yaradır. Həm də onların öz borclarını tədricən ödəməsinə imkan verə bilər. Ona görə də məcbur etmək düzgün metod deyil. Müəyyən ortaq məxrəc tapılmalı və bu şəkildə bələdiyyələrin fəaliyyətinə zərər vurulmadan, imkanları məhdudlaşdırılmadan, maliyyə vəsaitlərinə ciddi ziyan dəyilməmək şərtilə tədbirlər görülməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri