Azərbaycana gələn ərəb turistlər niyə azalır? İQTİSADÇI İZAH ETDİ
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Statistik göstəricilərə əsasən, Azərbaycana gələn ərəb turistlərin sayında azalma müşahidə olunur.
Bildirilir ki, ötən illə müqayisədə ərəb turistlərin sayı 3,5% azalıb.
Bəzi ekspertlərin fikrincə, azalmanın əsas səbəblərindən biri ərəb turistlərin alternativ turizm ölkələrinə üz tutmasıdır.
Həmçinin Azərbaycanda turizm xidmətlərinin bahalığı da onların başqa ölkələri seçməsinə səbəb olur.
Görəsən, bu azalma ancaq qiymətlərlə bağlıdır?
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov ölkəmizə gələn ərəb turistlərinin sayının azalmasının bir neçə səbəbini izah edib:
“Bu azalma əvvəlki dönəmlə müqayisədə baş verir, yəni özündən əvvəlki illə müqayisədə rəqəmlər aşağı düşüb.
Bunu metaforik şəkildə belə izah etmək olar: bir su kranını açanda su əvvəlcə yüksək təzyiqlə gəlir, sonra isə stabilləşərək normal axına keçir. Eyni ilə ölkələr arasında əməkdaşlıq, iqtisadi və siyasi münasibətlər genişləndikcə turizm üçün şərait formalaşdı və ərəb turistlərinin axını bir müddət kəskin artdı. Lakin hər bir turist bir ölkəyə maksimum iki dəfə gedə bilər, üçüncü dəfə isə çox nadir hallarda gedir. İnsanlar əsasən hər dəfə yeni ölkələr görmək istəyir. Bu baxımdan əvvəlki illərdə böyük axın oldu, statistika yüksəldi, indi isə həmin axın digər ölkələrə yönəlir. Bu, əsas faktorlardan biridir”.
İqtisadçı bildirib ki, ikinci əsas faktor sərhəd məsələsidir.
“Gələn turistlər adətən təkcə bir şəhəri yox, digər bölgələri də gəzir, daha sonra açıq sərhədlərlə digər ölkələrə keçməyi planlaşdırırlar. Sərhədlərin bağlı olması bu axını müəyyən qədər məhdudlaşdırır.
Bundan əlavə, əvvəlki illərdə ərəb turistlərinə olan münasibət hazırda eyni deyil. Açığını demək lazımdır ki, hamısı olmasa da onların böyük bir qismi özlərini mənfi davranışlarla tanıtdılar. İctimai yerlərdə, müqəddəs və xüsusi məkanlarda göstərilən bəzi davranışlar Azərbaycan cəmiyyəti tərəfindən xoş qarşılanmadı. Bu səbəbdən bir çoxları üçün onlar arzuolunan turist kateqoriyasına daxil deyil.
Dövlət baxımından onların ölkəyə gəlməsi vacibdir və iqtisadi cəhətdən müsbət təsir göstərir. Mən iqtisadçı olaraq onların gəlməsini arzulayıram. Amma bir vətəndaş kimi qeyd etməliyəm ki, onların böyük əksəriyyəti ölkəmizdə yaxşı davranış sərgiləmir”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















