Icma.az
close
up
RU
Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə...

Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

103 inzibati xəta haqqında protokol tərtib edilib, 77 vəzifəli şəxs məsuliyyətə cəlb olunub

Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunacaq. Məlumdur ki, bələdiyyələrə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.

Artıq parlamentin Regional məsələlər komitəsinin iclasında məruzə müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Komitənin sədr müavini Nurlan Həsənov ötən ildə yerli özünüidarəetmədə baş verən mühüm dəyişikliklərdən, son bələdiyyə seçkilərindən söz açıb, bələdiyyənin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin əsas aspektlərindən danışıb. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə  məruzəsi dolğun və ətraflı hazırlanıb. Məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onlara metodoloji yardım üzrə il ərzində həyata keçirilən məqsədyönlü işlər və digər əhəmiyyətli tədbirlər geniş şəkildə əks olunub.

Daha sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. O, 2024-cü ildə Ədliyyə Nazirliyində bələdiyyələrə inzibati nəzarəti həyata keçirmək və onların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə görülən işlər barədə məlumat verib. Nazir müavini bələdiyyələrin fəaliyyəti ilə bağlı metodoloji iş və maarifləndirmə, maliyyə idarəçiliyində şəffaflığı artırmaq üçün qanunvericilikdə edilən  dəyişikliklər, bələdiyyə torpaqlarından qanunauyğun və səmərəli istifadə olunması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

Bildirilib ki, 2024-cü ildə hüquq ekspertizasından keçən 102 min 831 bələdiyyə aktının 97 faizi qanunvericiliyə uyğun olub. Nazir müavini, ümumilikdə 2024-cü il ərzində həyata keçirilən tədbirlərin ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunduğunu söyləyib.

Məruzədə qeyd olunur ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən nöqsanlar bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir. Təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən nöqsanlar bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi faktlarıdır.

Bundan başqa, nöqsanlar arasında bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi, bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi, bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işi aşağı səviyyədə təşkil edilməklə bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi var.

Məruzədə bildirilir ki, 2024-cü il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır. Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.

Bundan başqa, ötən il 9 min 720 hektar torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən verilən aktlar qanunsuz hesab edildiyindən ləğv olunub. Məruzəyə əsasən, bu, 9 min 686 hektar torpaq sahəsinin icarəyə, 34 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qərarlar olub. Sənəddə bildirilib ki, il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib, nəticədə 3 min 376 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub, ya da dəyişdirilib.

Eyni zamanda, “Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11 min 290 inzibati akt (2023-cü il ərzində 5 min 585) icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16 min 785 inzibati akt olub. Onlardan 6 min 669 aktın (2023-cü il ərzində 7 min 523) icrası təmin edilib.

Komitə iclasında millət vəkilləri Tahir Rzayev, Aydın Mirzəzadə, Kamran Bayramov, Arzuxan Əlizadə,Vasif Qafarov, Elman Məmmədov və “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Cəfərov çıxış edərək, məruzənin hərtərəfli hazırlandığını qeyd ediblər. Onlar bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, onların maliyyə mənbələrinin dayanıqlığının artırılması, bələdiyyələrin birləşdirilməsi  və yerli özünüidarəetmənin digər aktual məsələləri ilə bağlı bir sıra qeyd və təkliflərini bildiriblər. Ədliyyə nazirinin müavini Toğrul Hüseynov deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.

Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasda isə parlament bu məruzəyə yekun münasibət bildirəcək.

 Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see271

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri