Icma.az
close
up
RU
“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu AZƏRTAC

“Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405 (Cild I); 2024, № 4, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 16-cı maddə üzrə:

1.1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.”;

1.1.2. 2-ci hissənin dördüncü cümləsində “onun səlahiyyətlərini həyata keçirən müavini” sözləri “sədr vəzifəsini icra edən şəxs” sözləri ilə əvəz edilsin;

1.1.3. 5-ci hissənin birinci cümləsində “onun müavini” sözləri “sədr vəzifəsini icra edən şəxs” sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin:

“Maddə 16-1. Yeni seçilmiş bələdiyyənin ilk iclasının keçirilməsi

Yeni seçilən bələdiyyənin ilk iclası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçirilir.

Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edir.

İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edir, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparır.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq edilir.”;

1.3. 17-ci maddənin 1-ci hissəsində “bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların” sözləri “bələdiyyələrə məxsus hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

1.4. 19-cu maddə üzrə:

1.4.1. 1-ci hissə ləğv edilsin;

1.4.2. 3-cü hissəyə “Bələdiyyənin sədri” sözlərindən sonra “(və ya sədr vəzifəsini icra edən şəxs)” sözləri əlavə edilsin və həmin hissədə “1-ci və 2-ci bəndlərində” sözləri “2-ci hissəsində və bu Qanunun 16-1-ci maddəsinin 4-cü hissəsində” sözləri ilə əvəz edilsin;

1.5. 30-cu maddənin 2-ci hissəsi üzrə:

1.5.1. birinci abzasda “vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər” sözləri “tərəfindən fiziki və hüquqi şəxslərin müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları, inzibati icraatla bağlı müraciətlərə isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada baxılır” sözləri ilə əvəz edilsin;

1.5.2. ikinci abzasda “10 gün” sözləri “15 iş günü” sözləri ilə əvəz edilsin;

1.6. 33-cü maddə üzrə:

1.6.1. 1-ci hissədə “bələdiyyə müəssisələri və təşkilatları” sözləri “bələdiyyəyə məxsus hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

1.6.2. 3-cü hissədə “özəlləşdirilən” sözü “özgəninkiləşdirilən” sözü ilə əvəz edilsin;

1.6.3. 5-ci hissənin birinci cümləsində “özəlləşdirilməsi” sözü “özgəninkiləşdirilməsi” sözü ilə, ikinci cümləsində “özəlləşdirilməsindən” sözü “özgəninkiləşdirilməsindən” sözü ilə əvəz edilsin;

1.7. 40-cı maddənin 1-ci hissəsində “özəlləşdirilməsindən” sözləri “özgəninkiləşdirilməsindən” sözləri ilə, “bələdiyyə müəssisə, idarə və təşkilatlarının” sözləri “bələdiyyələrə məxsus hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

1.8. 41-ci maddənin 4-cü hissəsində “Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların” sözləri “Bələdiyyəyə məxsus hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

1.9. 48-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.”;

1.10. 52-2-ci maddə üzrə:

1.10.1. 1-ci hissədə “Məclisinə” sözündən sonra “aprel ayının 1-dək” sözləri əlavə edilsin;

1.10.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik maliyyə hesabatını bələdiyyə iclasına təqdim edirlər. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti il yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər.”;

1.10.3. 3-cü hissə üzrə:

1.10.3.1. birinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu maddənin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan hesabatlardan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsi ərzində əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir.”;

1.10.3.2. birinci abzasın üçüncü cümləsində “hesabat” sözü “bu maddənin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan hesabatlar” sözləri ilə əvəz edilsin;

1.10.3.3. ikinci abzasın birinci cümləsi çıxarılsın;

1.10.4. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Bu maddədə göstərilən hesabatlar bələdiyyə iclasında təsdiq edildikdən dərhal sonra qərara əlavə olunaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilir.”.

Maddə 2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 268 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 6-cı maddə üzrə:

2.1.1. 6.1-ci maddədə “aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər” sözləri “aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər” sözləri ilə əvəz edilsin;

2.1.2. 6.2-ci maddədə “daxil olduğu” sözləri “informasiya sistemində yerləşdirildiyi” sözləri ilə əvəz edilsin, həmin maddəyə “günü” sözündən sonra “, əlavə araşdırma tələb olunarsa, 30 iş günü” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İcraat zamanı əlavə məlumatların və ya sənədlərin əldə edilməsi tələb edildikdə, inzibati nəzarəti həyata keçirən orqanın həmin müddəti 30 iş günü uzatmaq hüququ vardır.”;

2.2. 7-ci maddə üzrə:

2.2.1. 7.3.1-ci maddədə “tutulmuş” sözündən sonra “qaydada” sözü əlavə edilsin;

2.2.2. 7.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.3.2. inzibati nəzarət icraatına başlamaqdan imtina edir və bu barədə müraciət edənə əsaslandırılmış rəsmi məlumat göndərir.”;

2.3. 8-ci maddə üzrə:

2.3.1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“8.1. İnzibati nəzarət icraatı bu Qanunun 5.0.1-ci maddəsi ilə müəyyən edilən əsas üzrə aparıldıqda, inzibati nəzarət icraatının başlanma tarixi bələdiyyə aktının informasiya sistemində yerləşdiyi gündən hesablanır.

Bu Qanunun 5.0.1-ci maddəsi ilə müəyyən edilən əsas üzrə inzibati nəzarət icraatı bu Qanunun 8.1-ci maddəsinin üçüncü abzası nəzərə alınmaqla informasiya sistemi vasitəsilə həyata keçirilir.

İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci və 5.0.2-ci maddələri ilə müəyyən edilən əsaslar üzrə inzibati nəzarət icraatı zamanı mübahisə doğuran bələdiyyə aktının və bu aktın qəbul edilməsi ilə bağlı əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə həmin sənədləri və ya məlumatları sorğunu aldığı tarixdən 3 iş günü ərzində, həmin sənədlərin və ya məlumatların əldə edilməsi əlavə zaman tələb etdiyi halda isə 10 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana informasiya sistemi vasitəsilə təqdim edir.”;

2.3.2. 8.3-cü maddənin birinci cümləsində “müraciətin araşdırılması” sözləri “inzibati nəzarət icraatı” sözləri ilə, “aşkar” sözü “müəyyən” sözü ilə əvəz edilsin;

2.3.3. 8.4-cü maddə üzrə:

2.3.3.1. birinci cümlədə “bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması” sözləri “inzibati nəzarət icraatı” sözləri ilə, “aşkar” sözü “müəyyən” sözü ilə, “müraciət” sözü “təklif təqdim edərək informasiya sistemində müvafiq aktın qarşısında qeyd” sözləri ilə əvəz edilsin;

2.3.3.2. ikinci cümlədə “müraciətə” sözü “təklifə” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2024-cü il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see327

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see246

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see139

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see134

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var?

03 Sentyabr 2025 15:58see117

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri