Icma.az
close
up
RU
Bələdiyyələrlə biznes strukturları arasında əlaqələr yaradılsın TƏKLİF

Bələdiyyələrlə biznes strukturları arasında əlaqələr yaradılsın TƏKLİF

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bələdiyyələrə kökündən yeni yanaşma lazımdır. Bələdiyyələrin birləşdirilməsi də bu barədə müsbət bir addımdır”.

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.


“Amma mövcud fəaliyyətləri, subvensiyaları, yardımları və ənənəvi təlimləri nə qədər artırsaq da, ciddi nəticələr əldə etmək çətin olacaq. Buna görə də, konkret əməl, fəaliyyət və yanaşmalar önəmlidir”, - millət vəkili bildirib.


R.Nurullayev təklif edib ki, bələdiyyələrlə biznes strukturlarının, sahibkarların işgüzar münasibətləri qurulsun və verilən subvensiyalar da konkret davamlı müştərək layihələrə yönəldilsin:

“Bu yanaşma ilə bələdiyyə özü vəsait qazanaraq yerli inkişafa töhfə verə bilər. Bələdiyyələr və biznes strukturları arasında əlaqələrin yaradılması vacibdir. Hər bir bələdiyyə öz ərazisində mövcud resursları araşdıraraq, onları biznes layihələrinə çevirmək üçün lazım olan tədqiqatları aparmalıdır. Bunun üçün hər bir bələdiyyəyə subvensiyanın ayrılmasının və bu layihənin inkişaf təşkilatları, nazirliklər və digər dövlət qurumları ilə birgə üç ay ərzində həyata keçirilməsini təklif edirəm. Nəticədə, hər bələdiyyə ərazisində gəlirli sahələr müəyyən ediləcək və konkret layihələr hazırlanacaq.


Növbəti mərhələdə bələdiyyələrlə iş adamları arasında görüşlərin təşkil olunması konkret layihələrin həyata keçirilməsi ilə nəticələnəcək. Bələdiyyələr pulsuz torpaq ayıra və digər resurslarını təqdim edə bilərlər. Dövlət isə hər bələdiyyəyə müştərək işlənəcək layihəyə subvensiya şəklində maliyyə ayırsın. Onsuz da subvensiyalar ayrılır, onlar davamlı layihələrə yatırılmalıdır. Bu iş birliyi ilə bələdiyyə və sahibkarlar xərcləri paylaşaraq biznes qurmaq imkanı əldə edəcəklər. Sahibkar daha sərfəli şərtlərlə biznes quracaq, bələdiyyə isə çatışmayan biznes bacarıqlarını sahibkarlıq subyekti ilə kompensasiya edəcək. Hər iki tərəf bu əməkdaşlıqdan uduşlu çıxacaq. Dövlətin verdiyi subvensiya isə konkret davamlı və gəlirli sahələrə yönəldiləcək.Bu təkliflə bələdiyyələr nəhayət ki, özləri vəsait qazanmağa və bələdiyyə ərazilərini inkişaf etdirməyə başlayacaqlar. Bələdiyyələrə nə qədər səlahiyyət verilsə də, maliyyə resursları olmadan heç nə edə bilməzlər. Maliyyə resurslarına çıxış və onu səmərəli idarə etmək isə bacarıq tələb edir, bu da bələdiyyələrin ən zəif yerləridir”.


Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri