Icma.az
close
up
RU
Bələdiyyənin sədr müavininin oğlu azərbaycanlı yeniyetməni döydü: Gürcü dilini niyə bilmirsən?!”

Bələdiyyənin sədr müavininin oğlu azərbaycanlı yeniyetməni döydü: Gürcü dilini niyə bilmirsən?!”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanın Marneuli şəhərində bələdiyyə yığıncağının (sakrebulo) sədr müavini Mamuka Giganinin oğlu azərbaycanlı yeniyetməni döyməkdə təqsirləndirilərək saxlanılıb.

Yenisabah.az  xəbər verir ki, məlumatı azərbaycanlı mənşəli fəal Samira Bayramova öz sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, insident yeniyetmənin gürcü dilini bilməməsi səbəbindən baş verib.

pizza sifarişi

Bayramovanın yazdığına görə, hadisə zamanı Marneulidə polis rəisi, sakrebulo rəhbərliyi, deputat və digər vəzifəli şəxslər də iştirak ediblər. Lakin onların heç biri zorakılığa müdaxilə etməyib, əksinə, hadisə yerində dayanıblar.

Fəal hadisəni belə şərh edib:

“Gülməli ya ağlamalı bilmirəm… Sakrebulo sədr müavininin oğlu gürcü dilini bilmədiyinə görə yeniyetməni döydü, amma oradakı polis, məmurlar və deputatlar heç nə etmədilər. Onlar zorakının yanında dayanır, heç kəs ona yaxınlaşmırdı. Əksinə, sanki onu himayə edirdilər”.

Hadisə anına aid videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb və ciddi rezonans doğurub. Kadrlarda gəncin döyülməsindən sonra küçədə toplaşan insanların narazılığı, həmçinin hüquq-mühafizə orqanlarının passivliyi əks olunub.

Fəallar və ictimaiyyət Gürcüstan Daxili İşlər Nazirliyindən və Ombudsman institutundan təcili araşdırma aparılmasını tələb edirlər. Hadisənin etnik zəmində baş verməsi və gürcü dilini bilməyən azərbaycanlı gəncin döyülməsi ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması məsələsini yenidən gündəmə gətirib.

Öncə də yazdığımız kimi, zorakı gürcü gənc saxlanılıb.

Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

19 Sentyabr 2025 16:49see217

Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar filmin çəkilişlərinə başlanılıb

19 Sentyabr 2025 16:02see137

Anymanın Bakı şousu!

20 Sentyabr 2025 00:15see134

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see133

Fəlakət uzaq bir adada həyatı məhv etdi Ancaq gözlənilməz hadisə alimləri təəccübləndirdi

20 Sentyabr 2025 03:32see132

Qonağ getdiyi evdə keçmiş həyat yoldaşını qanına qəltan etdi

20 Sentyabr 2025 01:32see132

Zelenskidən müharibə ilə bağlı sürpriz AÇIQLAMA

19 Sentyabr 2025 22:50see130

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see126

Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC nin bir ilə qazandığına bərabər olub

20 Sentyabr 2025 08:14see125

Qərbi Azərbaycan Xronikası: Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu

20 Sentyabr 2025 00:48see125

Gənclər niyə evlənmək istəmir? VİDEOSORĞU

19 Sentyabr 2025 23:17see124

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see124

Çin və ABŞ liderləri arasında telefon danışığı aparılır

19 Sentyabr 2025 16:38see123

Paşinyanın istəyi ilə rütbəli şəxs vəzifəsindən azad edildi

19 Sentyabr 2025 18:45see123

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see122

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see122

Kamçatkada 120 dən çox zəlzələ olub

20 Sentyabr 2025 01:05see121

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see121

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see120

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri