Icma.az
close
up
RU
Bəlkə bir az yavaşlayaq ... Həyatı sürətli yaşamağın kökündə boşluqları təşvişlə doldurmaq dayanır

Bəlkə bir az yavaşlayaq ... Həyatı sürətli yaşamağın kökündə boşluqları təşvişlə doldurmaq dayanır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fikir vermisinizmi, sanki hamı qaçaqaçdadır. Kimi metroya, kimi avtobusa tələsir. Evdə işləri də sürətli bitirməyə çalışırıq, yolda gedərkən də harasa tələsirmişik kimi addımlayırıq. Səsimizin sürəti, nəfəsimizin sürəti, gözləntilərimizin həyata keçmə sürəti... Sürətli bir həyat yaşayırıq, ömrümüzə daxil olan texnologiya da həyatı bir az sürətləndirir... Hamımız harasa və nəyəsə tələsirik.

Bir anlıq dayanın və düşünün: Niyə belə sürətli hərəkət edirik? Tələsdiyimiz nədir? Hara tələsirik? Niyə bizə bircə dəfə verilmiş bu həyatı bu qədər sürətli keçirməyə çalışırıq?

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həyatı sürətli yaşamaq deyəndə ilk nümunə, həyatın içinə bir çox şeyi sığışdırmaqdan daha çox, boş vaxtları daha çox boş işlərlə doldurmağı deyərdim.

Nura Cəfərzadə

“Ən dəyərli sahib olduğumuz şey zamandır deyirik, əslində zamanda diqqətimizi nə cür böldüyümüz həll edir hər şeyi. Bir çox işlər görə bilərik gün ərzində, amma diqqətimiz hara fokuslanıb? Bəlkə sadəcə boşluğu doldurmağa çalışırıq? Söhbət fikirlərimizə, həyat tərzimizə yansıyan duyğuların boşluğundan gedir. İnsan daxilindəki boşluğu görməzlikdən gəlir, çünki bu boşluq çox vaxt dərin emosional ağrılar və həll edilməmiş travmalar və ya mənasızlıq hissi ilə bağlıdır. Bu hisslərlə üzləşmək ağır gəlir, çünki insan psixikası təbiəti etibarilə özünü qorumağa çalışır və narahatlıq yaradan hissləri basdırmağa üstünlük verir. Bu da həll edilməmiş duyğuların xırda qar topu kimi zamanla yuvarlandıqca böyüyərək daha ağır bir yükə çevrilməsinə və insanı altında əzməsinə səbəb olur.

Bu boşluq duyğusunun kökündə qeyri-müəyyənlik qorxusu, daha dəqiq desək, təşviş dayanır. Təşviş insanın bilinməyənlə üz-üzə qaldığı bir emosiyadır. Həyatın axarına güvənsizlik, qorxulu gözləntilər, beynin naməlum vəziyyətləri avtomatik olaraq mənfi şəkildə şərh etməsi və s. Bu zaman nəzarət ehtiyacı yaranır. Qeyri-müəyyənlik bu nəzarəti sarsıdır. Sabitliyin çatışmazlığı, ailə, iş və münasibətlərdəki qeyri-müəyyənlik daxili balansı pozur. Həyatın təbii axarına uyğunlaşmaq çətinləşir və bu, mənfi emosiyaların dövrünə gətirib çıxarır. İnsan diqqətini mənasız fəaliyyətlərə yönəldərək bu təlaşı görməzlikdən gəlir”-deyən psixoloq qeyd edib ki, təşvişin ruhdakı izləri düşündüyümüzdən daha ağır ola bilər.

“Daimi təşviş pozuntusu yaşayan insanlarda vaxt keçdikcə müxtəlif psixi problemlər və ya xəstəliklər meydana çıxa bilər. Bu narahatlıq insanın həm emosional, həm də fiziki vəziyyətinə mənfi təsir göstərir. Generalizə olunmuş təşviş pozuntusu, Panik atak, obsesif-kompulsiv pozuntu, sosial təşviş pozuntusu və depressiya ortaya çıxa bilər. Eyni zamanda yuxu pozuntuları, immunitet zəifləməsi kimi simptomlar, qərarvermə problemləri yaşana bilər.

Depressiya keçirən insanlarda fiziki hərəkətin azalması, digər işlərdə istəksizlik artır. Bu, sanki ruhun insana bir az yavaşla demək formasıdır. Müxtəlif inanclarda və dinlərdə də bununla bağlı göstərişlər mövcuddur; meditasiya, yoqa və pranayama nəfəs texnikaları, İslamda da namaz. Hər bir inanc sistemi, əslində, ruhun insana “bir az dayan və özünü dinlə” çağırışını təsdiqləyir. İnsanların buna ehtiyac duyması zaman, din və mədəniyyətlərdən asılı olmayan həqiqətdir. Bu barədə Qurani Kərimində Rad surəsi, 28-ci ayədə belə deyilir: “O kəslər ki, iman gətiriblər və qəlbləri Allahı anmaqla rahatlıq tapır. Bilin ki, qəlblər yalnız Allahı anmaqla hüzur tapar.” Allahı zikr etmək (Onu düşünmək, Ona yönəlmək) insan ruhuna həm daxili sakitlik, həm də həyatdakı qeyri-müəyyənliklərə qarşı güvən hissi gətirir. Yəni həyatın sürəti içində yorulub özümüzdən uzaqlaşdığımızda ruhumuzun “bir az yavaşla” çağırışı, əslində Allaha yönəlmək və daxili tarazlıq axtarışının bir təzahürüdür”-deyən Nura Cəfərzadə bildirib ki, təşviş həyatımızı bütünlüklə əhatə etməzdən, yəni patalogiyaya çevrilməzdən əvvəl simptomları ciddi nəzarətdə saxlayaq və ruhumuz bizə ehtiyacımızı fısıldayanda ilkin siqnalları nəzərə alaq.

Psixoloq oxuculara bir neçə məsləhət də verib:

Şüurlu həyat tərzi: İnsanların bir çoxu gündəlik həyatda “avtopilot” rejimində yaşayır. Özlərinə belə sual vermirlər: “Bu an nə hiss edirəm?”, “Bu fəaliyyət mənim üçün doğrudan da vacibdirmi?”Məqsəd və mənasızlıq: Mənəvi boşluq çox vaxt həyat məqsədinin olmaması və ya mövcud məqsədlərin xarici təsirlərlə müəyyən edilməsi nəticəsində yaranır. İnsanın özünə uyğun, daxili dəyərləri ilə bağlı məqsəd seçməsi bu boşluğu doldura bilər. Bu, kiçik də olsa, gündəlik anlamlı fəaliyyətlərdən ibarət ola bilər.Duyğuları qəbul etmək: İnsan təbii olaraq narahatlıq, qorxu və qeyri-müəyyənlikdən qaçmağa çalışır. Telefon kimi bir çox aslılıqların səbəbi də bununla bir başa bağlıdır, bir an belə sükutda qalmağa dözümü olmur insanların. Daima baş qatan nə isə tapırlar. Halbuki bu hissləri basdırmaq əvəzinə onları qəbul etmək daha sağlam yanaşmadır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Fevral 2025 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see251

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see145

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri