Bəlkə də onu ümumiyyətlə ləğv etmək lazımdır... Trampdan tapşırıq
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın əməkdaşlarının sayının ixtisarı prosesinə başlamağı tapşırıb.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
"Mən bu strukturu daha kiçik görmək istərdim. Düşünürəm ki, orada olmamalı olan çox insan var", - Tramp bildirib.
Nəşrin məlumatına görə, ABŞ prezidenti hesab edir ki, 18 kəşfiyyat qurumuna və bölməsinə nəzarət edən struktur həddindən artıq böyükdür. O həmçinin bildirib ki, Milli Kəşfiyyatın icraçı direktoru Bill Pultə personalın ixtisarı üzrə müvafiq tədbirlərə başlamağı tapşırıb.
Mümkün ixtisarlarla bağlı sualı cavablandıran Tramp bildirib ki, bu prosesin başlanmasını istəyir. O, həmçinin qurumun roluna bütövlükdə yenidən baxılması ehtimalını da istisna etməyib.
"Biz Təhsil Nazirliyini xeyli kiçiltdik və bu struktur da əhəmiyyətli dərəcədə kiçilməlidir. Bəlkə də onu ümumiyyətlə ləğv etmək lazımdır və biz bu qərarı verəcəyik", - ABŞ prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 05 İyun 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















