Icma.az
close
up
RU
Trampdan ironik cavab: Bəlkə də uşaqların kuklası azalacaq

Trampdan ironik cavab: Bəlkə də uşaqların kuklası azalacaq

Icma.az bildirir, Sfera.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq etdiyi yüksək gömrük rüsumları ilə bağlı səslənən tənqidlərə ironik cavab verib.

Sfera.az “CBS News”nəşrinə istinadən xəbər verir ki, Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı çıxış edən Tramp tariflərin ABŞ istehlakçılarına təsirini etiraf etsə də, bunun ciddi nəticələr doğurmayacağını bildirib: “Bəlkə uşaqların otuz əvəzinə iki kuklası olacaq və bəlkə də bu iki kukla normaldan bir neçə dollar baha olacaq”, – o vurğulayıb.

Tramp tətbiq edilən 145 faizlik tariflər nəticəsində Çində istehsalın azaldığını və bəzi fabriklərin bağlandığını iddia edib. Eyni zamanda ABŞ-nin əvvəlki Bayden administrasiyasını da tənqid edərək, “Bayden idarəçiliyi dövründə çoxunu ehtiyac duymadığımız şeyləri bizə sataraq trilyon dollar qazandılar”,– prezident deyib.

Aprelin 2-də Tramp “qarşılıqlı tariflər” çərçivəsində Çin də daxil olmaqla bir sıra ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etdiyini açıqlamışdı.

Bunun ardından Çin də cavab tədbiri olaraq ABŞ mallarına 125 faiz rüsum tətbiq edib. Vaşinqton isə Avropa İttifaqı və digər ölkələrə qoyulan əlavə tarifləri 90 gün təxirə salsa da, Çinə yönələn tədbirlər dərhal qüvvəyə minib.

Aprelin 25-də “Time” jurnalına verdiyi müsahibədə Tramp Çin prezidenti Si Cinpinlə tariflərlə bağlı danışıqlar apardığını iddia etsə də, Pekin bu məlumatı təkzib edib və Vaşinqtonu ictimaiyyəti çaşdırmaqda ittiham edib. Hazırda ABŞ-Çin ticarət münasibətləri gərgin olaraq qalır və tərəflər arasında diplomatik çıxış yolları axtarılır.

Fidan Hacızadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 May 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri