Icma.az
close
up
RU
Bəlkə təyyarədə kül olub yerə töküləcək, heç o məzar da ona nəsib olmayacaq İlahiyyatçıdan meyxanaçıya

Bəlkə təyyarədə kül olub yerə töküləcək, heç o məzar da ona nəsib olmayacaq İlahiyyatçıdan meyxanaçıya

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Meyxana ustadı Ağamirzə Məmmədov özünə ata və anasının məzarının yanında qəbir qazdırdığını bildirib. O, deyib ki, hər dəfə gedib boş qəbrinə baxıb öz-özüylə söhbət edir, heç kimin qəlbinə dəyməməyə çalışır.

Bəs görən insanın ölmədən öncə özünə qəbir qazdırması dinimizdə varmı?

Redaktor.az-ın sualını cavablandıran ilahiyyatçı Tural İrfan dinimizdə əvvəlcədən insanın özünə məzar hazırlatması ənənəsinin olmadığını bildirdi:

"Hətta Peyğəmbərlərin özü də belə iş görməyiblər. Lakin bu qadağan da deyil. Müəyyən zəruri və istisna hallarda məqbul sayıla bilər. Belə ki, insan dəqiq bilsə ki, o öləndən sonra onu dəfn etmək üçün yer tapılmayacaq, yaxud onu dəfn edən olmayacaq, o zaman özünə məzar hazırlaya və dəfn xərcləri üçün adam tuta, əvvəlcədən ona ödəniş edə bilər. Bir də əgər o məzar insan və  cəmiyyət üçün müsbət örnək xarakteri daşıyarsa, ibrət üçün caizdir".

T.İrfan deyib ki, bəzən elə olur ki, ölən insana heç məzar da qismət olmur:

"Fəqət bunu adət və ənənə halına salmaq olmaz. Çünki heç kəs harada və nə zaman öləcəyini bilmir. Bəlkə təyyarədə kül olub yerə töküləcək, heç o məzar da ona nəsib olmayacaq. Yaxud dənizdə boğulub itəcək, yenə də o məzar ona nəsib olmayacaq. Hər kəsin axır aqibətini bilən yalnız Allahdır. Yəni, ümumiyyətlə əvvəlcədən özünə məzar qazdırmaq dini cəhətdən qadağan olmasa da uyğun da deyil. Çünki belə bir göstəriş, buyruq yoxdur. Hər kəsin özünə xas məntiqi, düşüncəsi var. Hər kəs öz şəxsi mülahizəsinə görə hərəkət etsə, din və şəriət qaydaları təhrif olunar. Biri məzar qazdırır, biri kostyumda dəfn olunmasını vəsiyyət edir, digəri musiqi alətini yanında basdırılmasını istəyir və sair. Belə olmaz. Dinimizin hamı üçün qəbul etdiyi meyarlar var. Gərək təkcə özünü düşünməyəsən. Din hər kəsin öz istək və arzularına görə deyil. Heç İmamlar, Peyğəmbərlər də ölməmişdən özlərinə məzar qazdırmayıb".

Vasif ƏLİHÜSEYN 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see154

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri