Bellinqem üçün mövsüm bitir?
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Real Madrid”in ulduz futbolçusu Cud Bellinqemin zədəsi ilə bağlı vəziyyət ciddiləşib və oyunçunun yaşıl meydanlara qayıdışı qeyri-müəyyən müddətə təxirə salınıb.
“Qafqazinfo” “Onda Cero”ya istinadən xəbər verir ki, fevralın 1-də “Rayo Valyekano” ilə matçda sol ayağından əzələ zədəsi alan ingiltərəli yarımmüdafiəçinin sağalma prosesi gözləniləndən daha ağır keçir.
İlkin proqnozlar bir aylıq fasiləni göstərsə də, son müayinələr Bellinqemin aprelin ortalarına qədər oynamayacağını üzə çıxarıb. Bu isə 22 yaşlı oyunçunun mövsümün ən həlledici iki ayını kənardan izləyəcəyi mənasına gəlir.
Qeyd edək ki, klub rəhbərliyi Bellinqemin gənc yaşını nəzərə alaraq, onun karyerasını riskə atmamaq üçün tam bərpa prosesini gözləməyə qərar verib.
Baxış sayı:153
Bu xəbər 02 Mart 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















