Icma.az
close
up
RU
BELQORODDA İKİNCİ KURS BÖHRANI Ukrayana ordusu Rusiya ərazisində əmliyyatları genişləndirir

BELQORODDA İKİNCİ KURS BÖHRANI Ukrayana ordusu Rusiya ərazisində əmliyyatları genişləndirir

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna ordusu martın əvvəlində ciddi itki verərək Rusiyanın Kursk vilayətindəki mövqelərinin əksər hissəsindən geri çəkilsə də, sərhədyanı zonada əməliyyatları davam etdirir.

Rusiya mənbələri Ukrayna bölmələrinin daxil olduğu Belqorod vilayətində döyüşlərin getdiyini bildirir. Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri kiçik piyada dəstələrdə qruplaşaraq Rusiyanın içərilərinə doğru 10 kilometrdən çox irəliləyərək, bəzi məskunlaşmış əraziləri nəzarətə götürüb.

Rusiya hakimiyyəti bir neçə sərhəd kəndinin əhalisini təxliyə edib. Belqorod vilayətinin bəzi sakinləri döyüşlərin şahidi olaraq, təxliyə əmrini gözləmədən evlərini tərk ediblər.

“Kursk əməliyyatı”ndan fərqli olaraq, Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə hərəkət edir.

Ukrayna Silahlı Qüvvələrinin hazırkı hərəkətlərini 2024-cü ilin avqustunda, bir neçə gün ərzində 120 kvadrat kilometr Rusiya ərazisinin işğal edildiyi Kursk əməliyyatı ilə müqayisə etmək olmaz. O zaman hərbi əməliyyatlar bir neçə tam tərkibli briqada və yüzlərlə hərbi texnika tərəfindən həyata keçirilirdi. Belqorodda Ukrayna ordusu əsasən texnikasız, kiçik piyada dəstələri və təxribat-kəşfiyyat bölmələrindən istifadə etməklə fəaliyyət göstərir.

Xatırladaq ki, Rusiya hərbi müxbirləri ilk dəfə martın 18-də Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Belqorod vilayətinin Krasnoyarsk yaşayış məntəqəsi istiqamətində Rusiya dövlət sərhədini keçməsi barədə məlumat yayıblar. Daha sonra Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, “təxribatda” 200-ə qədər ukraynalı diversantın və 29 hərbi texnikanın, o cümlədən 16 zirehli döyüş maşını və beş tankın iştirak etdiyini bildirib. Nazirlik həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün hücumları dəf edilib, dövlət sərhədi keçilməyib.

Ukraynanın xüsusi əməliyyat qüvvələri isə Belqorod vilayətində uğurlu hücum həyata keçirdiklərini və bu reyd zamanı bölgənin dərinliklərində yerləşən Rusiya ordusunun helikopter aerodromunun vurulduğunu bildirib.

Lakin Müdafiə Nazirliyindən fərqli olaraq, Rusiya hərbi müxbirləri Ukrayna qüvvələrinin nəinki dövlət sərhədini keçdiyini, həm də Belqorod vilayətinə 12 kilometr dərinliyə qədər irəlilədiklərini bildiriblər. Sonrakı günlərdə onlar dərinliyi 2-10 kilometr, eni isə təxminən 15 kilometr olan zolağı nəzarətə götürbülər.

Rusiya ərazisinə hücumun Ukraynanın Sumı vilayətindən həyata keçirildiyi qeyd edilir. Məlumata görə, Ukrayna bölmələri sərhəddən 10-12 kilometr aralıda yerləşən Demidovka kəndinə daxil olub. Rusiya hərbi mənbələri bildirirlər ki, ukraynalı diversantlar kəndin mərkəzində döyüşür və onlara kamikadze pilotsuz uçan aparatlarla havadan dəstək verilir. Sumı vilayəti ərazisindən Ukrayna ordusu HİMARS reaktiv reaktiv sistemləri və artilleriya qurğularından istifadə edərək hücumları genişləndirir.

Rusiyalı müharibə müxbiri Yuri Kotenok yazır ki, ukraynalı döyüşçülər itki verib geri çəkilsələr də, Demidovka ətrafında mövqelərini möhkəmləndirə biliblər. Teleqram kanallarının yazdığına görə, martın 23-də Ukrayna Silahlı Qüvvələrinin bölmələri artilleriya atəşi və dron zərbələri daxil olmaqla bir həftəlik hazırlıqdan sonra meşə zolağı ilə Demidovkaya daxil olub. “Düzdür, həmin günün axşam saatlarında rus qoşunları düşməni kənddən çıxartdılar, bundan sonra Demidovka “Axmat” xüsusi təyinatlıları və 155-ci dəniz piyada briqadası tərəfindən təmizlənib. Döyüşlər zamanı Ukrayna ordusu Demidovkanı qonşu Qrafovka kəndi ilə birləşdirən iki körpüyə HİMARS zərbəsi endirib”, - məlumatda bildirilir.

Lakin artıq martın 24-də səhər saatlarında Ukrayna bölmələri yenidən Demidovkaya hücuma keçib. Son məlumata görə, bu qəsəbənin bilavasitə yaxınlığında döyüşlər gedir.

Qrafovkadan 6 kilometr aralıda yerləşən Nadejevkadakı körpü də dağıdılıb. “VÇK-OQPU” Telegram kanalı Qrafovka ərazisində dağılmış avtomobil körpüsünün, eləcə də zədələnmiş qaz kəmərinin görüntülərini dərc edib. Bu körpünün birbaşa Demidovkaya getdiyini nəzərə alan Ukrayna Silahlı Qüvvələri orada yerləşən Rusiya qoşunlarını təchizat kanallarından kəsməyə cəhd edib.

Mənbələrin məlumatına görə, Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı 155-ci dəniz piyada briqadasının bölmələri, “Aida” və “Axmat” xüsusi təyinatlıları, həmçinin Qrom-Kaskad və irlandiyalı qrupların pilotsuz uçuş aparatlarının operatorları döyüşür.

Ukrayna komandanlığı Rusiyanın iki Mi-8 helikopterinin və iki Ka-52 vertolyotunun raket zərbələri və HIMARS MLRS ilə məhv edilməsinin görüntülərini dərc edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Mart 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri