Azərbaycana gətirilən baytarlıq vaksininin həcmi kəskin artıb: Əsas idxalçı ölkə Türkiyədir
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 17 milyon 677.05 min dollar dəyərində 127.56 ton baytarlıq vaksini gətirilib.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 6.5 milyon dollar, miqdar baxımından 34 ton çoxdur.
Ötən ilin 10 ayı ərzində ölkəyə 93.18 ton baytarlıq vaksini gətirilmişdi ki, onun qiyməti 11 milyon 710.45 min dollar təşkil etmişdi.
Bu ilin 10 ayı ərzində Azərbaycan xaricə 867.42 min dollar dəyərində 0.61 ton baytarlıq vaksini satıb. Vaksin ixrac olunan əsas ölkə Belarus olub. Bu ölkəyə 857 min dollar dəyərində vaksin satılıb. Qazaxıstana isə 10.38 min dollar vaksin göndərilib.
Hesabat dövrü ərzində Azərbaycanın baytarlıq vaksini aldığı əsas ölkə Türkiyə olub. Belə ki, 75.5 ton vaksinə görə Türkiyəyə 7 milyon 56.3 min dollar ödənilib. Macarıstandan 3 milyon 876.68 min dollar dəyərində 6.53 ton vaksin alınıb. İsraildən alınan 6.95 ton vaksinə görə isə 474.43 min dollar ödənilib. ABŞ-dən alınan 1.7 ton vaksinə görə 1 milyon 45.91 min dollar verilib.
Elmidar Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 31 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















