Belqradda ilin əvvəlindən ictimai nəqliyyat bütün vətəndaşlar üçün ödənişsiz olub AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belqrad, 4 yanvar, AZƏRTAC
Bu il yanvarın 1-dən etibarən Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyat bütün vətəndaşlar üçün ödənişsiz olub.
AZƏRTAC xəbər verir ki, təxminən 1,7 milyon nəfər əhalisi ilə Belqrad Avropada 500 mindən çox əhalisi olan və müntəzəm sərnişindaşımalardan istifadə edən bütün şəxslər üçün nəqliyyat xidmətinin ödənişsiz olduğu yeganə şəhərdir.
Belqrad meri Aleksandar Şapiç paytaxtın ictimai nəqliyyat sistemində davamlı islahatların aparıldığını və qarşıdakı üç il ərzində avtobus parkının tamamilə yenilənəcəyini bildirib.
Şəhər Administrasiyası ictimai nəqliyyata subsidiya vermək üçün hər il 250 milyon avro ayırır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 04 Yanvar 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















