Icma.az
close
up
RU
O əjdəhadan bizdə yoxdur... Avropada unikal qərar Belqradda ictimai nəqliyyat artıq pulsuzdur

O əjdəhadan bizdə yoxdur... Avropada unikal qərar Belqradda ictimai nəqliyyat artıq pulsuzdur

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Serbiyanın paytaxtı Belqradda yanvarın 1-dən ictimai nəqliyyat xidmətləri pulsuzdur.

Bizimyol.info "NTV"yə istinadən xəbər verir ki, Belqrad meri Aleksandar Sapicin 30 dekabr 2024-cü ildə qəbul etdiyi və həmin gün rəsmi qəzetdə dərc olunan qərarla paytaxt sakinləri və qonaqlar yanvarın 1-dən etibarən şəhərin ictimai nəqliyyatından pulsuz istifadə etməyə başlayıblar.

1 yanvar 2025-ci il tarixindən etibarən təxminən 1,7 milyon əhalisi olan Belqrad Avropada ictimai nəqliyyatı pulsuz olan və əhalisi 500 mindən çox olan yeganə şəhər olub.

Bu tətbiqin məqsədi paytaxtda nəqliyyat sıxlığını azaltmaqdır. Sosial tədbir olaraq atılan addım çərçivəsində ictimai nəqliyyat vasitələrinin yola düşmə vaxtlarının sabit saxlanılması təcrübəsinə də son qoyulub.

Şəhər rəhbərləri onu da bildirdilər ki, qərar çərçivəsində ictimai nəqliyyat marşrutları dinamik şəkildə müəyyən edilir və sürücülər ehtiyaclar çərçivəsində aldıqları siqnala uyğun hərəkət edirlər.

Bildirilib ki, dinamik qrafik sayəsində avtobusların qrafikə çatmaq üçün boş və bəzi dayanacaqlarda dayanmadan hərəkətinin qarşısı alınacaq.

Bələdiyyə Başçısı Sapic, şəhərə yeni tətbiqin dəqiq dəyərini bilmədiklərini, lakin bu günə qədər ictimai nəqliyyatın subsidiyasına hər il 250 milyon avro ayrıldığını və yeni tətbiqlə buna bir neçə milyon avro əlavə ediləcəyini gözlədiklərini söyləyib.

Mer qeyd etdi ki, geriyə baxanda bilet satışından əldə edilən gəlirlər ictimai nəqliyyat xərclərinin təxminən 15 faizini ödəyib.

Sapic: “Artıq aylıq və ya illik bilet və ya endirimli biletlər olmayacaq. Əvəzində sosial tədbir olaraq Belqrad Avropada 500 mindən çox əhalisi olan yeganə şəhər olaraq pulsuz ictimai nəqliyyat təklif edəcək. 450 min əhalisi olan Tallin kimi nümunələr var, Fransada da bəzi nümunələr var. Ancaq bunlar 200 və ya 300 min əhalisi olan nisbətən kiçik şəhərlərdir”, - deyə bildirib.

Sapic həmçinin 2 ildən köhnə bütün avtobusların 2025-ci ilin sonuna qədər yenilənəcəyini, trolleybus və tramvayların isə 2027-ci ilə qədər yeni nəqliyyat vasitələri ilə əvəzlənəcəyini açıqlayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri