Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 24 yanvar, AZƏRTAC
Şübhəli kiberhücum səbəbindən Tbilisinin ictimai nəqliyyatında sərnişin ödəniş sistemi müvəqqəti olaraq dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Tbilisi şəhər meriyası bəyanat yayıb.
“Problemin aradan qaldırılması üçün aidiyyəti şirkətlərin nümayəndələri operativ şəkildə işə başlayıb. Nasazlıq aradan qaldırıldıqdan sonra qurğular işə salınacaq. Bu müddət ərzində nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək”, - deyə bəyanatda deyilir.
Qeyd edək ki, Tbilisidə ictimai nəqliyyatda ödəniş aparatları vasitəsilə Gürcüstan və Avropa İttifaqının himnləri, həmçinin siyasətçilərin müxtəlif məzmunlu səsli mesajları yayımlanır. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















