“Benfika” 52 dəqiqə azlıqda oynayan rəqibi uda bilmədi
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi “Benfika” da ağdamlılar kimi çempionat oyununu cümə günü keçirdi.
Dünən 5-ci turun oyununda “Santa-Klara”nı qəbul edən Lissabon nəhəngi 1 xalla kifayətləndi – 1:1. Pavlidis 59-cu dəqiqədə “Benfika”nı irəli çıxarsa da, 2-ci uzatma dəqiqəsində qonaqlar məğlubiyyətdən qaçdı. Özü də maraqlıdı ki, “Santa-Klara” 38-ci dəqiqədən azlıqda oynayırdı: cinah yarımmüdafiəçisi Paulo Viktor birbaşa “qırmızı” ilə meydandan qovulmuşdu.
“Benfika”nın dünənki oyunda meydana çıxan heyəti ilə tanış olun: Trubin, T.Araujo (Prestianni, 46), A.Silva, Otamendi, Dal, Eursnes, Rios (Barreyro, 72), Barreneçea, Şelderup (Sudakov, 72), İvanoviç (E.Araujo, 72), Pavlidis.


