Icma.az
close
up
RU
Benzema karyerasını bitirmək ərəfəsindədi

Benzema karyerasını bitirmək ərəfəsindədi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Relevo” nəşrinin yaydığı xəbərə görə, Kərim Benzema karyerasını bitirmək üzərində düşünür. 36 yaşlı fransalı hələ son qərarını verməsə də, “Əl-İttihad”la 2026-cı ilə qədər olan müqaviləsinin sonuna qədər oynamaması tam mümkündü. Hücumçunun artıq sonrakı fəaliyyətlə bağlı planı var.

“Relevo”ya inansaq, Benzema hələ birmənalı şəkildə qərar verməyib, ancaq yaşlandığını hiss edir. Ən böyük simptom odu ki, Kərim oyun rutinindən yorulub. Gec məşqlər onu bezdirib – güclü istilər üzündən “Əl-İttihad” yalnız axşam saatlarında məşqə çıxır.
Bundan başqa, Benzema hələ də Səudiyyə Ərəbistanındakı arzuolunmaz debütün təəssüratından ayrıla bilməyib. Xatırladaq ki, “Qızıl top”un sahinin məhsuldarlığı yeni mərhələnin əvvəlində çox aşağı idi, baxmayaraq ki, bu liqada ən yaxşı müqavilələrdən birinin sahibi idi, amma həmin pulu heç də doğrultmurdu. Buna görə də həm azarkeşlərdən, həm də məşqçilərdən, konkret Marselo Qalyardodan kəskin tənqid eşidirdi. Argentinalı mütəxəssis hətta forvardın müqaviləsinin ləğvini istəyirdi, ancaq Kərim həmin savaşdan qalib ayrıldı və klubda qaldı, əvəzində baş məşqçi “Əl-İttihad”dan qovuldu. İndi vəziyyər qaydasına düşsə də, fransalı ulduz mental baxımdan hələ də bərpa olunmayıb.
Nəhayət, Benzemanı karyerasını bitirməklə bağlı düşünməyə vadar edən daha bir səbəb var – o, Madriddə yaşamağı arzulayır. Forvardın artıq Səudiyyə Ərəbistanındakı həyata uyğunlaşdığı deyilsə də, o, daha çox öyrəşdiyi İspaniyada yaşamağı üstün tutur – orda evi, ailəsi, illərlə formalaşan ətrafı var.
Hər halda, Benzemanın müqavilə müddətinin sonuna qədər çalışması daha çox ehtimal olunan variantdı. “Relevo” yazır ki, “Əl-İttihad”da ulduzun şübhələrindən xəbərdar olsalar da, əmindilər ki, o, 2026-cı ilə qədər qalacaq. Və hətta Kərim mövsümün sonunda klubu tərk etsə belə, sahiblər bunu böyük problem saymayacaq – onun gedişi “Əl-İttihad”ın əməkhaqqı fonduna 100 milyon avro qənaət etməsinə imkan yaradacaq.
Karyerasını nə vaxt bitirəcəyindən asılı olmayaraq, Kərimin gələcəklə bağlı planı var. Onun növbəti dayanacağı həyatının əsas klubu olacaq – “Real”ın səfiri statusunu daşıyacaq. Benzema artıq “kral klubu”nun rəhbərliyi ilə bütün məsələləri razılaşdırıb, madridliləri ərəb dünyasında təmsil edəcək.
“Real”da Yaxın Şərqi perspektivli pul istiqamətlərindən biri sayırlar – deyilənə görə, “kral klubu” hər yerdə yerli səhmdarlarla sponsorluq müqavilələri ilə bağlı danışıq aparır. Bundan başqa, artıq SAIB (Səudiyyə Ərəbistanının investisiya bankı və “Fly Emirates” kimi nəhənglər “Real”la çalışır. Benzemanın “Real”dakı varlığı əlaqələri yaxşılaşdırmaq baxımından daha da yardım edərdi.
O da xüsusi qeyd olunur ki, Kərim “Real”ın prezidenti Florentino Pereslə əla münasibətlərə malikdi. “Relevo” fransalını ispaniyalı funksionerin “sevimli uşağı”, həyatındakı xüsusi futbolçulardan biri adlandırır.
Hər şeydən belə görünür ki, Benzema gələcəyinə görə narahat olmaya bilər, axı hər şey aydındı. O hansı variantı seçir-seçsin, karyerasını futbolçu və ya səfir kimi Yaxın Şərqdə davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri