Icma.az
close
up
RU
BƏNZƏRSİZ TARZƏN ƏHSƏN DADAŞOV AzPolitika onlayn siyasiictimai qəzet

BƏNZƏRSİZ TARZƏN ƏHSƏN DADAŞOV AzPolitika onlayn siyasiictimai qəzet

Aslan KƏNAN

Таг səsinə qulaq as, 

Bu səs elin nəfəsi, 

Bu gözlərdən axan yaşların damcı səsi.

Bu səs sükuta dalmış göyü də dinləndirir. 

Ulduzlar da bu səsin önündə baş endirir.

B.Vahabzadə

İfaçılıq sənəti tarixən inkişaf etmiş və günümüzdə daha da təkmilləşmişdir. Bakı, Şamaxı, Gəncə və Qara¬bağda keçirilən musiqi məclisləri xanəndəliklə yanaşı, XIX əsrin ikinci yarısından sonra yeni inkişaf mərhələsinə çat¬maqla bir çox məşhur ifaçıların yetişməsinə səbəb olmuş¬dur. Bunlardan XIX-XX əsrlərdə fəaliyyət göstərmiş Azər¬baycan tarının "atası" sayılan Sadıqcan, Məşədi Cəmil Əmirov, Salyanlı Şirin, Mirzə Fərəc, Qurban Pirimov, Bəh¬ram Mansurov, Əhməd Bakıxanov kimi ifaçılıq sənətinin parlaq nümayəndələri ilə birgə bir çox başqa sənətkarları da göstərmək olar.

XX əsrin ikinci yarsında isə adını çəkdiyimiz sə¬nətkarların məktəbini inkişaf etdirən Əhsən Dadaşov, Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov və s. tarzənlər bu alətlərin çalğı texnikasını, ifaçılıq imkanlarını daha da inkişaf etdirmişlər.

Belə sənətkarlardan biri də, tarzən Əhsən Dadaşovdur.

Əhsən Əliabbas oğlu Dadaşov 1924-cü il sentyabr ayının 4-də Bakı şəhərində anadan olmuş və o, ilk təhsilini 22 saylı orta məktəbdə almışdır. Əhsən VIII sinifdə oxuyan zaman təsadüfən yolu 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun yanından düşür. Bu zaman gözü qapının üzərindəki elana sataşır. Elanda tar sinifinə qəbul başlandığı göstərilirdi. Bunu görəndə Əhsənin sevincinin həddi-hüdudu yox idi. Bir an fikirləşmədən uzun zaman qəlbində gəzdirdiyi arzunu həyata keçirmək qərarına gəlir. Lakin valideynlərinin arzusu Əhsəni həkim görmək idi. O, valideynlərindən xəbərsiz sənədlərini həmin məktəbə verir. Burada o, Ənvər Mansurovdan dərs alır. Lakin vətən müharibəsi başlandığına görə Ənvər Mansurov müharibəyə gedir. Bu zaman ona Ənvərin atası, respublika¬nın görkəmli sənətkarı Mansur Mansurov dərs deməli olur.

Bir müddət sonra balaca Əhsən musiqinin sirlərini ustad sənətkardan öyrənməyə başlayır. О artıq sərbəst çalandan sonra məktəbdə təşkil olunmuş konsertə valideyn¬lərini dəvət edir. Onun bənzərsiz ifasını bəyənən ata-ana bu yolda ona uğurlar diləyirlər.

1937-ci il ölkədə repressiyanın tüğyan etdiyi ildir. "Cinayətkarlar"ın "qarşısını" almağa müstəntiqlər çatışmırdı. Onlar istintaqı başdansovdu bitirərək, işi məhkəməyə göndərirdilər. Hər bir işdə birinci olmağa can atan, bu sahədə də əməllərinə sadiq qalmağa çalışan о dövrün rəhbərləri başqa respublikalardan geridə qalmamaq üçün insanın taleyi ilə oynayırdılar. Heç bir müttəfiq respublikada özbaşınalıq bu həddə çatmamışdı. Bunun nəticəsidir ki, müstəntiqlər tərəfindən hazırlanan cəza tədbirləri çox qısa bir zamanda həll olunurdu. Nəticədə də öz günahını əməlli-başlı başa düşməyən, qarşısına qoyulmuş hadisələ¬ri hələ də dərk etməyə imkam olmayan məhbuslar məhkəmənin 15-20 dəqiqəlik iclasından sonra ağır cəzaya — güllənməyə, ən yaxşı halda isə 8-10 illik həbsə məhkum edilirdilər. Sonda da cəzanı çəkməyə məcbur edilən şəxs ya Rusiyanın insan ayağı dəyməyən şaxtalı çöllərində donub məhv olur, yaxud vətəninə qayıdaraq gətirdiyi xəstəliyi ömrünün sonuna qədər özü ilə "daşıyırdı".

Repressiya illərində Azərbaycandan 100 minə yaxın ziyalı, hərbiçi, mədəniyyət və incəsənət xadimi, alim, şair, yazıçı Sibirə, Qazaxıstana və Rusiyanın digər insan ayağı dəyməyən şaxtalı yerlərinə göndərilmişdi. Bununla da Azərbaycanın ağıllı, elmli, istedadlı, mənəviyyatlı təbə¬qəsinin böyük bir hissəsi bu cür məhv edildi. Əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarımn sayına görə Azərbaycan keçmış sovet respublikaları içərisində birinci yerdə durur. 1937-ci il repressiyası dövründə həbs olun¬muş insanlar "əks-inqilabçı", "terrorçu", "millətçi" və sair kimi yarlıqlarla günahlandırılırdılar.

Bu repressiya Əhsənin də ailəsindən yan keçməmişdi. Bir neçə il öncə MTN-də repressiyaya məruz qalmış in-sanların həyatı haqqmda kitab üzərində işləyirdim. Burada təsadüfən Əhsənin atası Əliabbas Məmmədcəfər oğlu Dadaşovun sənədləri ilə rastlaşdım. 1882-ci ildə anadan olmuş Əliabbas kişinin 14190 saylı istintaq işi ilə tanış olanda məlum oldu ki, başqa müttəhimlər kimi о da haqsızlığın qurbanına çevrilmişdi.

Evində ərəb əlifbası ilə yazılmış ədəbiyyatları mütaliə edən Əliabbas kişi güman etmirdi ki, nə vaxtsa bu kitablara görə о həbs edilə bilər.

Bəli, o, məhz gecə-gündüz ərəb əlifbası ilə nəşr olunmuş kitabları mütaliə etdiyinə görə 14 oktyabr 1937-ci ildə həbs edilir. XDİK (Xalq Daxili İşlər Komissarlığı)"Üçlüy"nün qarşısına qoyduğu məqsəd respublikalarda daha çox ziyalıları məhv etmək idi. Bu məhvin də yalmz bir yolu var idi. Bolşeviklər "trotskiçi-sağlar", "əks-inqilabçı", "millətçi", "müsavatçı", "terrorçu" ən yaxşı halda isə ərəb əlifbasma "sadiq" qalan insanlara damğa vuraraq həmin şəxsləri məhv edirdilər. Bu əvvəlcədən hazırlanmış xüsusi sərəncam idi.

Repressiyaya məruz qalanlar həddindən çox olduğundan onları sorğu-sualsız heç bir istintaq getmədən bir-iki ay ərzində işləri məhkəməyə göndərilirdi. Məhkəmə də öz növbəsində istintaq materialları olmadan 15-20 dəqiqə ərzində qərar çıxarırdı. Həmin müttəhimlər ən yaxşı halda məhkəmədən sonra Rusiyamn şaxtalı çöllərinə göndərilirdi. Əliabbas Dadaşov da belə müttəhimlərdən idi. Məhkəmə Əliabbas Dadaşovu 22 noyabr 1937-ci il tarixdə beş il müddətinə azadlıqdan məhrum edərək, onu başqaları kimi Rusiyanın insan ayağı dəyməyən qarlı-şaxtalı çöllərinə göndərir.

Bir tərəfdən ailəsinə qarşı olan repressiya, bir tərəfdən də hökumət səviyyəsində tar alətinin ləğvinə qarşı yaranmış kampaniya Əhsən Dadaşovu sındıra bilmir və о hər bir çətinliyə sinə gərərək, musiqiyə olan hədsiz məhəbbətini sehirli barmaqları ilə dinləyicilərə çatdırmaqda davam edirdi.

Hələ gənc yaşlarında Əhsənin qeyri-adi ifaçılıq mə-harətini görən görkəmli bəstəkar və dirijor Səid Rüstəmov onu Üzeyir bəyin yaratdığı, özünün rəhbərlik etdiyi ilk notlu xalq çalğı alətləri orkestrinə dəvət edir. Lakin yaşı az olduğundan Əhsən bir il gözləməli olur.

Ustad sənətkar gənc tarzənə olan qayğısına görə onu qınayanlara: "Əhsənin paspotu olmasa da, lakin musiqi pasportuna çoxdan yiyələnmişdi"-deyir. Bu isti sözlər gənc tarzənə ustad sənətkar tərəfindən verilən bir xeyir-dua idi.

1940-cı ildə artıq S.Rüstəmov Əhsəni rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edir. Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Ənvər Mənsurovdan və Mirzə Mənsur Mənsurovdan klassik muğam ifaçılığının xüsusiyyətlərini dərindən mənimsəyir.

Ə.Dadaşovun ilk uğurları musiqi festivalları ilə bağlıdır. 1952-ci ildə bəstəkar Hacı Xanməmmədov orkestr üçün ilk tar konsertini Əhsənə həvalə edir. Əhəmiyyətlisi isə odur ki, 1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə tanınmış musiqiçilərin sırasında о da iştirak edirdi. О müəlliminin etimadını doğruldaraq sola partiyalarnı məharətlə ifa etmişdi.

Ə.Dadaşov xalq çalğı alətləri orkestrinin həm kosert-meystri, həm də ansamblın rəhbəri olub. O, insan kimi də təvazökar idi. İstedadlı ifaçı üçün əlindən gələni əsirgə¬məzdi. Ə.Dadaşovun ən müsbət keyfiyyətlərindən biri də ifa zamanı xanəndəni yüksək professionallıqla müşayiət etməsi idi. Ustad sənətkarlar, tanınmış müğənnilər onunla işləməyi çox sevirdilər.

Ə.Dadaşov fars dilini mükəmməl bildiyindən Şərq fəlsəfəsini dərindən öyrənirdi. O, universitetin Şərq fakül-təsinin fars dili bölməsini bitirmişdi. Şərq musiqisinin hədsiz dərəcədə vurğunu, həm də ifaçısı idi. О zamanlar elə musiqiləri ifa etmək məsuliyyət tələb edirdi. Lakin Əhsən müəllimə bu cür qadağalar yad idi. Xatirimdədir televiziyada Əhsən müəllimin ifasında "Kədərli günlərim" adlı məşhur türk mahnısın eşidəndə heyrətləndim. Qeyri-adi səs idi bu səs. О vaxtdan neçə illər keçməsinə baxma¬yaraq həmin qeyri-adi səs qulaqlarımdan getmir. Нәг dəfə Əhsən müəllimdən söz düşəndə həmin sehirli səs məni ağuşuna alır. Bir sözlə Əhsən müəllim musiqi üçün doğulmuşdu.

Ə.Dadaşov ailəsinə bağlı sənətkar idi. Hər gün işdən sonra evə yorğun gəlməsinə baxmayaraq övladlarını bağrna basar, onların hər cür şıltaqlığlarına gülüşləri ilə cavab verərdi. O, sevimli müəllimi Ənvər Mənsurovun adını yenidən yaşatmaq üçün oğluna onun adını da qoy¬muşdu. Lakin nə biləydi ki, bu oğul, müəllim məhəbbəti ona baha başa gələcək. Oğul dağı onu ömrünün sonuna qədər təqib edəcək. Nə biləydi ki, sevimli oğlu — səkkiz yaşlı Ənvər onu həmişəlik tərk edib, əbədiyyətə qovuşacaq. Bununla da o, sevincini özü ilə aparacaq. Bəlkə də bıma gö¬rə Əhsən Dadaşov "Kədərli gimlər"in harayını çəkir...

Dünya şöhrətli müğənni Rəşid Behbudov 1962¬ci ildə İstanbula qastrol səfərinə gedəndə Əhsən Dadaşov da həmin ansamblın tərkibində idi. Konsert başlamazdan öncə 90-92 yaşlarında bir qoca kişi R.Behbudova yaxınlaş¬dı. Qoca salam verdikdən sonra üzünü müğənniyə tutub dedi:

—Oğul, məni tanımadın, mən sənin atan Məcidin toyunu edən Məşədi Məmməd Fərzəliyevəm. Bu da mə¬nim oğlum Mahmud bəydir.

Şübhəsiz ki, Rəşid müəllim qocanı üzdən taramasa da, adını eşitmişdi. Onlar səmimi görüşəndən sonra qoca dedi:

— Konsertinə gəlmişəm, eşitmişəm ki, tarzənin çox gözəl tar çalır. Ondan xahiş edirəm ki, bir "Şüştər" çalsın. Ustad xanəndənin "Şüştər" istəyi təsadüfi deyildi. Başqa bir muğamı da sifariş edə bilərdi. Çünki hələ keçən əsrdə xalq Məşədi Məmmədin "Şüştər"inə heyran idi. Məhz bu¬na görə də Əhsənə bu muğamı çaldırmaqda məqsədi qo¬caman xanəndənin arzusu bir daha tarzənin çalğısı ilə о illərə qayıtmaq idi. Ustad xanəndə Əhsənin təkrarsız ifasnı dinlədikdən sonra onu bağrına basmış, gözləri yaşararaq, heç bir söz demədən ağır addımlarla oranı tərk etmişdi.

Sonralar Ə.Dadaşov özünün "Xatirə" ansamblını yaratdı. Bura istedadlı gəncləri dəvət etdi. Bu ansambl respublikada yaranmış 20-ə qədər ansamblın çoxundan fərqlənirdi. Bu əsl professionallardan təşkil olunmuş ansambl idi. Ə.Dadaşov da həmin ansamblın həm konsertmeystri, həm də rəhbəri idi.

Ə.Dadaşov çox yüksək qabiliyyətli insan, böyük ifaçı idi. О həmçinin virtuoz tarzən kimi məşhur idi. Azərbaycanda virtuoz tarzən kimi ad qazanmaq müşkül məsələdir. Çünki Azərbaycanın görkəmli ustadları olub. Mirzə Fərəc, Qurban Pirimov, Salyanlı Şirin və bu kimi bir çox güclü tarzənlərimiz olub. Əhsən Dadaşov isə öz dövrünün ustad tarzənlər içərisində xüsusi yeri olan sənətkarlardan idi.

Əhsən Dadaşovun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "VilayətiDilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunda saxlanılır. Yuxarıda adları çəkilən muğamlarla yanaşı digər muğamlarımız da Əhsən Dadaşovun ifasında böyük maraqla qarşılanırdı. O, hər çıxışında muğama yeni xallar, barmaqlar, ştrixlər, zəngin musiqi çalarları əlavə edərdi. Bütün bunlar Əhsən Dadaşovun bir daha ustad sənətkar olduğunu göstərir.

Əhsən Dadaşov 30 may 1976-cı ildə həyata əbədi gözlərini yumdu.Onun xatirəsi nəinki musiqi ictimaiyyətinin, bütün xalqımızm qəlbində əbədi yaşayacaq.

seeBaxış sayı:2
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri