Benzia: “Byelsa futbolu ən çox sevən məşqçidir”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Qarabağ”ın futbolçusu Yassin Benzia sabiq baş məşqçisi Marselo Byelsa haqda danışıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Lepetitlillois” məlumat yayıb. Qurban Qurbanovun komandasının əsas simalarında sayılan Əlcəzairli futbolçu Byelsanı məşqçi kimi yüksək qiymətləndirib:
“Byelsanın vəzifəyə keçdiyini biləndə onu tanıyan oyunçulara mesaj göndərdim. Onun haqqında məlumat, daxili məlumat almağa çalışıram. Hamısı mənə deyir ki, o, futbol dəlisidir, hər detalına fikir verir. Mən də futbol azarkeşi olduğum üçün bunun mükəmməl olduğunu düşündüm. O, karyeramda gördüyüm, ən çox futbolu sevən menecerdir”.
30 yaşlı yarımmüdafiəçi 2017/18 mövsümündə Byelsanın rəhbərliyi altında “Lill”də çıxış edib.
7 Yanvar 2025, 14:51
Baxış sayı:94
Bu xəbər 08 Yanvar 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















