Benzianın Qarabağ la müqavilənin müddətini uzatmamasının təfərrüatları bəlli olub
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əlcəzair millisinin futbolçusu Yassin Benzianın "Qarabağ"la müqavilənin müddətini uzatmamasının təfərrüatları bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar aparılıb. Lakin Azərbaycan çempionunun təklif etdiyi maaş Fransa Liqa 2 təmsilçilərinin və Tunisin "Esperance" klubunun irəli sürdüyü məvacibdən çox aşağı olub. Yarımmüdafiəçi bu səbəbdən Azərbaycanda qalmaq istəməyib. Hətta "Esperance" ilə ilkin razılıq əldə edən futbolçunun bu klubdan da imtina etmək ehtimalı var. Çünki onun yığmadakı komanda yoldaşları Səudiyyə Ərəbistanında da Benziaya marağın olduğunu bildiriblər.
Qeyd edək ki, Benzia "Qarabağ"da meydana çıxdığı 97 oyunda 25 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















