Benzianın Qarabağ la müqavilənin müddətini uzatmamasının TƏFƏRRÜATLARI VİDEO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əlcəzair millisinin futbolçusu Yassin Benzianın "Qarabağ"la müqavilənin müddətini uzatmamasının təfərrüatları bəlli olub.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar aparılıb.
Lakin Azərbaycan çempionunun təklif etdiyi maaş Fransa Liqa 2 təmsilçilərinin və Tunisin "Esperance" klubunun irəli sürdüyü məvacibdən çox aşağı olub. Yarımmüdafiəçi bu səbəbdən Azərbaycanda qalmaq istəməyib. Hətta "Esperance" ilə ilkin razılıq əldə edən futbolçunun bu klubdan da imtina etmək ehtimalı var. Çünki onun yığmadakı komanda yoldaşları Səudiyyə Ərəbistanında da Benziaya marağın olduğunu bildiriblər.
Qeyd edək ki, Benzia "Qarabağ"da meydana çıxdığı 97 oyunda 25 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 İyun 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















