Icma.az
close
up
RU
Benzinli avtomobillərə yeni QADAĞA

Benzinli avtomobillərə yeni QADAĞA

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Birliyi daxilində daxiliyanma mühərrikli nəqliyyat vasitələrinə qarşı daha sərt tədbirlər gündəmdədir. Bild qəzetinin Avropa Komissiyası mənbələrinə istinadla yaydığı məlumata görə, 2030-cu ildən etibarən benzinli və dizel avtomobillərin təkcə satışı deyil, kiralanması da qadağan oluna bilər.

News24.az xəbər verir ki, yeni qaydalara əsasən, Europcar və Sixt kimi iri kirayə şirkətləri filolarını yalnız elektrikli modellərlə yeniləməyə məcbur qalacaqlar. Bu da 2032-ci ilə qədər kirayə bazarının böyük ölçüdə elektrikli avtomobillərə keçid edəcəyini göstərir.

Müzakirə edilən təklif yalnız kirayə şirkətlərini deyil, korporativ filoları da əhatə edə bilər. Avropada yeni avtomobil satışlarının 60%-i məhz bu sektora düşür. Bu səbəbdən, planın təsir dairəsi daha da genişlənəcək və 2035-ci ildə qüvvəyə minəcək daxiliyanma mühərrikli avtomobillərin satış qadağası özünü illər öncədən hiss etdirə bilər.

Yeni qaydalar ikinci əl bazarına da ciddi təsir edəcək. Belə ki, korporativ filolar ikinci əl avtomobil bazarının əsas mənbəyidir. 2030-cu ildən sonra daxiliyanma mühərrikli ikinci əl avtomobil tapmaq çətinləşəcək və qiymətlər artacaq.

Filo sifarişlərinin azalması isə benzinli və dizel modellərin istehsalını iqtisadi cəhətdən mənasız edə bilər. Nəticədə, bəzi avtomobil istehsalçıları bu modelləri qadağa qüvvəyə minməzdən əvvəl bazardan çıxara bilər.

Avropa Komissiyası hələlik 2030-cu ildən etibarən bu sahədə məcburi məhdudiyyətlərin tətbiqinə dair rəsmi qərar verməyib. Lakin sektor müşahidəçiləri bu istiqamətdə ciddi addımların atılacağını istisna etmir.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri