Icma.az
close
up
RU
Bərbərxanadan 60 protez saç oğurlandı TikTok da üstü açıldı

Bərbərxanadan 60 protez saç oğurlandı TikTok da üstü açıldı

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda, keçmiş Xaqani parkı (indiki Malakan bağı) yaxınlığında yerləşən bərbərxanadan 60 ədəd protez saç oğurlayan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, 1981-ci il avqustun 1-də Salyan rayonunun Atbulaq kəndində anadan olmuş Ramil Həsənova (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.

Məlum olub ki, Ramil işlədiyi bərbərxanada zərərçəkmiş İslam adlı şəxsin mülkiyyətinə məxsus malları oğurlayıb. Belə ki, o, ümumi dəyəri 720 manat olan 12 ədəd "X4 Tape 41,4mf” markalı protez saç yapışqanı, ümumi dəyəri 580 manat olan 20 ədəd "Ultra Hold” (15 ml) markalı yapışdırıcı və ümumi dəyəri 480 manat təşkil edən 15 ədəd "Solvent 1” (18 ml) markalı maddələri götürüb. Ümumilikdə isə o, 13 min 665 manat 80 qəpik dəyərində maddi ziyan vurub.

Ramil oğurladığı protez saçları tanışının vasitəsilə "TikTok” sosial şəbəkəsində tanış olduğu, Lokbatanda bərbər kimi çalışan İsaq adlı şəxsə satıb. Daha sonra İsaq həmin protezləri sosial şəbəkələrdə reklam edərkən, zərərçəkmiş onları görüb və oğurluğun üstü açılıb.

Məhkəmədə ifadə verən Ramil bildirib ki, zərərçəkmiş İslam Pakistanda istehsal olunan və Türkiyədə satılan protez saçların birini 15-16 manata alır. Onları Bakıda müştərilərə 240 manata satırmış. Ramil oğurladığı protezləri 20-25 manata İsaqa verdiyini etiraf edib.

Məhkəmənin hökmü ilə Ramil Həsənov 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddətdə elektron qolbaqla nəzarət altında olacaq.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri