Icma.az
close
up
RU
Berbok bu razılaşmanın alman girovları evə qaytaracağına ümid edir

Berbok bu razılaşmanın alman girovları evə qaytaracağına ümid edir

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya xarici işlər naziri Annalena Berbok İsraillə HƏMAS arasında əldə edilən atəşkəsi alqışlayıb və girovların, o cümlədən Almaniya vətəndaşlarının girovluqdan azad olunaraq evlərinə qaytarılacağına ümid etdiyini ifadə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi bəyanatda bildirilib.

O, İsraillə HƏMAS arasında atəşkəsin elan olunduğu günü "rahatlıq" kimi xarakterizə edib.  

"Rahatlıq hissi var ki, artıq bütün tərəflərin çəkdiyi əzablar sona çata bilər. İsraillə HƏMAS arasında girovların azad olunması və atəşkəs barədə əldə edilən razılaşma təkcə insanların həyatını xilas etmir, eyni zamanda 15 aydan sonra Qəzza sakinlərinə, girov və onların ailələrinə, həmçinin regiondakı bütün insanlara ümid verir", deyə o qeyd edib.

Berbok vurğulayıb ki, fikri "HƏMAS-ın 467 gün ərzində inanılmaz əzab verdiyi" Almaniya vətəndaşlarının yanındadır.  

"Mən ürəkdən ümid edirəm ki, onlar çox tezliklə ailələrinə qovuşa biləcəklər", deyə Almaniya xarici işlər naziri bildirib.

O, həmçinin diqqətə çatdırıb ki, girovlar tez bir zamanda və razılaşmaya uyğun olaraq azad edilməlidir.  

"Həmçinin, qoşunların çıxarılması və fələstinlilərin öz evlərinə qayıtması təmin olunmalıdır", deyə Berbok əlavə edib.

Onun sözlərinə görə, Almaniya BMT təşkilatlarına bölgədə hərtərəfli dəstək göstərməyə davam edəcək.

Daha əvvəl Amerika KİV-ləri mənbələrə istinadən bildirib ki, İsrail və HƏMAS Qəzzada hərbi əməliyyatların dayandırılması və israilli girovların fələstinli məhbuslara dəyişdirilməsi barədə razılığa gəliblər.

Razılaşma barədə hələ rəsmi təsdiq verilməmişdən öncə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp onu şərh edib və noyabr 2024-cü il seçkisində qələbəsi olmasaydı, razılaşmanın mümkün olmayacağını qeyd edib.

Eyni zamanda, İsrail Baş nazirinin ofisi bildirib ki, vasitəçilər hələ də razılaşmanın ayrı-ayrı məqamları üzərində işləyirlər, lakin prosesi yaxın saatlarda başa çatdıracaqlarına ümid edirlər.

Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Şuitsa İsraillə HƏMAS arasında atəşkəsin və girovların azad olunması ilə bağlı razılaşmanı alqışlayıb.

Daha sonra ABŞ prezidenti Co Bayden HƏMAS terrorçuları ilə İsrail arasında atəşkəs və girovların azad olunması barədə razılaşmanın əldə edildiyini təsdiqləyib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri