Icma.az
close
up
RU
Bərdə terrorundan 4 il ötür

Bərdə terrorundan 4 il ötür

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Elman Məmmədov: "Dünyaya bir mesajdır ki,  Azərbaycan xalqı öz torpaqlarını qan bahasına geri aldı"


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

  44 günlük Vətən müharibəsi dünyada analoqu olmayan bir zəfərlə başa çatdı. Bu savaş Azərbaycan ordusunun gücünü, əsgərlərimizin rəşadətini, cəsarətini və hünərini bütün dünyaya nümayiş etdirdi. Dünyada baş verən müxtəlif savaşlarda bu qədər qısa müddət ərzində qələbə qazanmaq, torpaqları işğaldan azad etmək heç bir dövlətə nəsib olmayıb.

  Ermənilər bu savaşda bütün insani keyfiyyətlərdən uzaq olduqlarını, acizliklərini və zəifliklərini bir daha göstərdilər. İllər əvvəl qəddar, qeyri-insani davranışlar sərgiləməklə dinc əhalini, günahsız körpələri qətl edən düşmən 44 günlük müharibə zamanı da çirkin əməllərindən  geri qalmadı. Azərbaycan əsgərləri müharibə zamanı ermənilərin evlərdə qoyub qaçdıqları mülki insanlarla normal davrandıqları, onlara qayğı göstərdikləri halda bu üzdəniraqlar döyüş meydanından uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan davamlı olaraq atəşə tutmaqla günahsız mülki əhalini qətlə yetirdi. 

  Müharibə başlayandan etibarən Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli uzaqda yerləşən ərazilərə, mülki obyektlərə, sivil vətəndaşlara iri çaplı silahlardan atəş açdı. İlk gündən Tərtər, Ağdam, Goranboy rayonlarını atəşə tutan düşmən ordusu daha sonra döyüş bölgəsindən 100 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhərini - Gəncəni raket hücumuna məruz qoydu. Düşmənin növbəti hədəfi isə Bərdə şəhəri oldu. İki gün ardıcıl olaraq şəhərə raketlə hücum həyata keçirdi. Nəticədə isə onlarla insan həlak oldu və xəsarət aldı. Mənfur düşmən yenə əlini günahsız körpələrin, əliyalın insanların qanına batırdı. Lakin həmişə olduğu kimi Ermənistanın bu əməllərinə beynəlxalq təşkilatlar adekvat reaksiyalar vermədi, hələ də ağızlarına su alıb oturublar. Bütün etdiklərinə rəğmən illərdir dünya ictimaiyyətinin qınağına məruz qalmadıqları üçün özlərini haqlı sayaraq daha da azğınlaşırlar. Dünya ölkələri və insan hüquqlarını müdafiə edən təşkilatlar Ermənistana heç bir təzyiq göstərmir.  Halbuki Vətən müharibəsinin gedişində Ermənistan Respublikasının silahlı qüvvələri  beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirib. Ermənilərin bu vəhşiliyindən və vandallığından ciddi zərər çəkən şəhərlərimizdən biri də Bərdə  şəhəri idi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları olub.  Hücumlar nəticəsində 26 nəfər ölüb, 105 nəfərdən artıq insan yaralanıb. 

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdənin “Smerç” raketləri ilə bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Dövlət rəsmisi “X” hesabında yazıb:

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu “Smerç” raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, 100-ü daha ağır yaralanıb. Beynəlxalq Cinayət Məhkəməsi tərəfi kimi Ermənistan Respublikası Azərbaycanda günahsız mülki əhaliyə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyətinə malikdir”.

 Milli Məclisin deputatı Elman Məmmədov isə hesab edir ki, Bərdədə törədilən terror hadisəsi düşmənin meydanda məğlubiyyətinin  sübutu idi.  Hazırda azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini xatırladan deputat “Sherg.az"a bildirib ki, bu da  ermənilərə növbəti  böyük dərsdir:

seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see349

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see232

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see209

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see181

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see180

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see174

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see174

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see171

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see166

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see164

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see163

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see162

FHN kollektivi Zəfər parkında Fotolar+Video

27 Sentyabr 2026 16:17see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri