Moskvanın etirazına baxmayaraq, Avropa Ukrayna danışıqlarına cəlb olunur
Icma.az, Azpost saytına istinadən bildirir.
ABŞ nümayəndəsi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra İrlandiyada jurnalistlərə qısa açıqlama verib. O bildirib ki, indiyədək yalnız Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə keçirilən danışıqların növbəti mərhələsinə Avropa ölkələri də qoşulacaq.
Qeyd edək ki, Moskva Avropa ölkələrinin danışıqlarda iştirakına açıq şəkildə etiraz edib.
Bundan əvvəl, cümə axşamı günü Kremldə Rusiya Prezidenti ilə görüşün açıq hissəsində çıxış edən Kuşner də avropalıların danışıqlara cəlb edilməsinin vacibliyini vurğulayıb.
“Avropalılar danışıqlar masasında olmadan bu razılaşmanı yekunlaşdıra bilmərik”, – deyə Kuşner Zelenskinin yanında dayanaraq axşam saatlarında bir daha bildirib. Bu barədə AFP agentliyi məlumat yayıb.
Post navigationPrevious: MİDA min güzəştli mənzili satışa çıxarır- QİYMƏTLƏR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 13 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















