Icma.az
close
up
RU
Bərdə və Mingəçevirdə İT təlimləri başa çatdı

Bərdə və Mingəçevirdə İT təlimləri başa çatdı

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bərdədə və Mingəçevirdə yekun qiymətləndirmə olub. MS Office proqramları kursunu uğurla bitirən 29 keçmiş köçkün sertifikatla təltif olundu.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri iyulun 26-də Bərdə şəhərində yerləşən “General Academy” MMC-nin, iyulun 30-da isə  Mingəçevir Turizm Kollecinin kompüter mərkəzlərində olublar. Onlar təlimlərə qatılan keçmiş köçkünlərin rəqəmsal bacarıqlarının yekun qiymətləndirilməsini həyata keçiriblər. MMC-nin direktoru və təlimçi Pərvanə Ağayeva məlumat verib ki, indiyədək MS  Word, Excel və  PowerPoint proqramlarının yekunu üzrə testlər aparılıb, bu dəfə isə 20 sualdan ibarət ümumi test sınağı aparılıb: “Qrup üzvləri sualların əksəriyyətini doğru cavablandırıblar”.

Oxşar proqramla Mingəçevirdə təlim aparan Ləman Nəbiyeva da keçmiş köçkünlərin həvəslə öyrəndiklərini diqqətə çatdırıb və əlavə edib ki, təlim boyu bütün məşğələlərin təqdimatları qrupun WhatsApp səhifəsinə yüklənib: “Bu, üzürlü səbəbdən bəzi təlimlərə qatıla bilməyənlərə, eyni zamanda keçmiş dərsləri təkrar etmək istəyənlərə təlim materiallarından rahatlıqla faydalanmaq imkanı yaradıb”. 

Hər iki mərkəzdə təlim kursunu bitirənlər növbə ilə praktik bacarıqlarını da proyektor vasitəsilə nümayiş etdirib və sualları cavablandırıblar. Təqdimatlardan aydın olub ki, onlar iki ay ərzində öyrəndiklərini artıq tətbiq edə bilirlər.

Yekun qiymətləndirmədən sonra kompüter təlimi üzrə MS OFFİCE proqramları kursunu uğurla bitirən 29 nəfərə (Bərdədə 15, Mingəçevirdə isə 14 keçmiş köçkünə) sertifikatlar təqdim olunub. Təqdimat mərasimlərinə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev və onun müavini Yeganə Nəbiyeva,  Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı da qatılıb. Onlar benefisiarlara məsləhətlərini verib və uğurlar arzulayıblar.  Xüsusilə vurğulanıb ki, burda qazandıqları bilik və təcrübə qayıdışdan sonra onların əmək bazarına inteqrasiyasında əhəmiyyətli rol oynayacaq.

Təlimlər “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA İB) may ayının 1-dən həyata keçirdiyi “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

MVA İB  2022-ci ildən yerli və beynəlxalq donorların dəstəyi ilə keçmiş köçkünlərlə bağlı 5 layihəni gerçəkləşdirib. Ötən müddətdə məcburi köçkün icmalarında ehtiyacların müəyyənləşdirilməsi ilə bağlı sorğular və birgəyaşayış mövzusunda məlumatlandırma kampaniyaları aparılıb, məşğulluq ehtiyacları araşdırılıb, onların peşə bacarıqlarının artırılması məqsədilə qısamüddətli kurslar təşkil olunub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see788

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see548

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see310

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see296

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see279

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see276

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see274

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see264

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see228

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see187

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see180

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see179

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see160

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri