Bərdədə “Maqnoliya” restoranında mənşəyi məlum olmayan süd məhsulları aşkarlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Qasım bəy Zakir küçəsində fəaliyyət göstərən Fərid İlham oğlu Hüseynzadəyə məxsus “Maqnoliya” restoranında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı restoranda mənşəyi məlum olmayan pendir, müşayiətedici sənədləri olmayan süd məhsulları aşkarlanıb. Eyni zamanda, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:Bərdədə “Maqnoliya” restoranında mənşəyi məlum olmayan süd məhsulları aşkarlanıb
30 İyun 2025 17:37
Bərdədə “Aristokrat” restoranında nöqsanlar aşkarlanıb
14 Oktyabr 2025 14:14
Bərdədə bazarda nöqsanlar aşkarlanıb
16 May 2025 00:41
Lökbatanda 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb
03 Aprel 2025 18:09
Baxış sayı:55
Bu xəbər 01 İyul 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















