Icma.az
close
up
RU
Berkli Universitetində azərbaycanlıların Akademiya və İnnovasiya Forumu keçirilib

Berkli Universitetində azərbaycanlıların Akademiya və İnnovasiya Forumu keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

ABŞ-da Kaliforniya ştatının Berkli Universitetində Akademiya və İnnovasiya Forumu keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə keçirilən ikigünlük tədbirdə ABŞ-ın müxtəlif akademik ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışanlar iştirak ediblər.

Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dakı akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşmənin genişləndirilməsi idi.

Tədbirdə Azərbaycanlı Alimlər Şəbəkəsinin rəhbəri, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı fakültəsinin dekan müavini Sevinc Məmmədova çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniyada akademik tədqiqat və innovasiya iştirakçılarını məhsuldar müzakirələrə dəvət edib.

Daha sonra Silikon Vadisində tanınmış professor Marguerite Gong Hancock və təhsil sahəsində tanınmış professor, Corc Vaşinqton Universitetinin dekanı Michael Feuer əsas natiq qismində çıxış ediblər.

Forumun 1-ci günündə müxtəlif panellər və “Power Talk” sessiyaları çərçivəsində akademiyanın dəyişən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, 2-ci günündə isə ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olunun. Həmin gün həm də indiyədək fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə azərbaycanlı tələbələr və mütəxəssislərə müxtəlif yollarla töhfə vermiş şəxslərin təqdimatları nümayiş olunub.

Tədbirin sonunda azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edildi və bundan sonra bu cürə təşəbbüslərə qoşulmaq istəyən üçün yeni platformanın təqdimatı edilib.

Forumla yanaşı, qonaqlar üçün Berkli Universitetinin Klubunda qala ziyafət təşkil olunub. Ziyafətdə ləziz təamlarla yanaşı azərbaycanlı musiqiçilərin ifasında milli musiqi nömrələri təqdim edilib. 100-dək iştirakçının qatıldığı tədbirin təşkilatçıları foruma sponsorluq etmiş bütün tərəfdaşlarına təşəkkür edib.

Qeyd edək ki, məşhur azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi-Zadə 1959–1991-ci illərdə Kaliforniya Berkli Universitetinin (UC Berkeley) Elektrik Mühəndisliyi və Kompüter Elmləri fakültəsində professor kimi fəaliyyət göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri