Icma.az
close
up
RU
Berlin danışıqları müharibənin tezliklə bitəcəyini vəd etmir

Berlin danışıqları müharibənin tezliklə bitəcəyini vəd etmir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Berlində Ukrayna və Avropa liderləri ilə Ukrayna - Rusiya arasında mümkün sülh sazişi mövzusunda danışıqlar aparıb. Görüşlər nəticəsində bir sıra mühüm məsələlər, o cümlədən ABŞ və Avropanın Ukraynaya təqdim edə biləcəyi təhlükəsizlik zəmanətləri üzrə müəyyən razılaşmalar əldə olunub.

Bizimyol.info xəbər verir ki, "The Telegraph" yazır ki, bir çox səbəblərə görə müharibənin başa çatmasından danışmaq hələ tezdir.

Belə ki, bazar ertəsi Avropa liderləri təklif olunan təhlükəsizlik zəmanətlərinin siyahısını ehtiva edən birgə bəyanat yayıblar. Həmin zəmanətlərə aşağıdakılar daxildir:

Ukrayna ordusuna dəstək vermək, eləcə də ölkənin hava və dəniz məkanını qorumaq üçün Avropanın rəhbərliyi altında çoxmillətli qüvvələrin yaradılması;Gələcəkdə silahlı hücum baş verərsə, Avropa ölkələrinin sülh və təhlükəsizliyin bərpası üçün tədbirlər görməsini nəzərdə tutan hüquqi öhdəlik;Ukraynanın Avropa İttifaqına üzvlüyünə Avropa tərəfindən dəstək;Ukraynanın silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində Avropadan “dayanıqlı və əhəmiyyətli dəstək”;ABŞ-ın rəhbərliyi ilə atəşkəsə nəzarət və yoxlama mexanizminin yaradılması, gələcək mümkün hücumlar barədə “erkən xəbərdarlıq” məqsədilə;Ukraynanın bərpasına investisiyalar, o cümlədən Avropada dondurulmuş Rusiya suveren aktivlərinin bu prosesə cəlb edilməsi ehtimalı.

Avropa liderlərinin imzaladığı birgə bəyanatda qeyd olunur ki, bu tədbirlər “müharibənin dayandırılması üzrə razılaşma çərçivəsində Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərini və iqtisadi bərpanın dəstəklənməsi mexanizmlərini təmin edəcək”. Almaniya kansleri Fridrix Merz jurnalistlərə bildirib ki, “artıq real sülh prosesi üçün bir şans var”.

Lakin "The Telegraph" vurğulayır ki, hazırda bu proses daha çox “çelnok diplomatiyası” xarakteri daşıyır: Ukrayna və onun Avropadakı müttəfiqləri bir tərəfdə, Rusiya isə digər tərəfdə dayanır. Bundan sonra ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun və Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi amerikalı danışıqlar aparanlar təklifləri Rusiyaya təqdim edəcəklər. Ancaq Kremlin bu mərhələdə sülh sazişini imzalayıb-imzalamayacağı tam aydın deyil.

Nəşr qeyd edir ki, “danışıqlar barədə məlumatlandırılan amerikalı rəsmilər Rusiyanın Ukrayna üçün bu təhlükəsizlik zəmanətləri ilə razılaşmanı imzalamağa hazır olduğunu iddia edirlər, lakin Tramp administrasiyası əvvəllər də atəşkəsin əldə olunması ilə bağlı həddindən artıq nikbinlik nümayiş etdirib”.

Bundan əlavə, tərəflər hələ də Rusiyanın işğal etdiyi Ukrayna əraziləri ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər:

“Bildirilir ki, Vitkoff və Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti işğal olunmuş ərazilərlə nə edilməsi məsələsini müzakirə edir və onları "iqtisadi azad zonalara" çevirməyi təklif edir. Lakin əslində məqsəd Ukraynanı öz suveren ərazilərini işğalçı orduya güzəştə getməyə razı salmağın yolunu tapmaqdır ki, Kiyevin bildirdiyinə görə, Ukrayna buna razı deyil”.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nizamlanması ilə bağlı bir sıra bəyanatlar verib. Onun sözlərinə görə, sülh heç vaxt olmadığı qədər yaxındır.

"Axios" nəşri adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yazır ki, Berlində keçirilən danışıqlar müəyyən irəliləyişlə nəticələnib. Bununla belə, ərazi məsələsində ciddi fikir ayrılıqları qalmaqdadır. Jurnalistlərin qeyd etdiyinə görə, ABŞ-ın planı Ukraynanın hələ də nəzarətində saxladığı Donbas ərazisinin təxminən 14 faizindən geri çəkilməsini nəzərdə tutur.

Eyni zamanda, prezident Vladimir Zelenski bir daha qəti şəkildə bəyan edib ki, Ukrayna nə de-yure, nə də de-fakto Donbası Rusiya ərazisi kimi tanımaq niyyətində deyil.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri