Berlində yaşayış binasında yanğın baş verib, yaralananlar var
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın paytaxtı Berlində çoxmənzilli binada yanğın baş verib, nəticədə 16 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Xidməti məlumat yayıb.
"[Berlinin Kroytsberq rayonunda] beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzil yanıb. Ümumilikdə 15 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb", – qurumun rəsmi saytında bildirilib.
Hadisə yerinə təxminən 70 yanğınsöndürən cəlb edilib, onlar alovu söndürərək sakinlərin təxliyəsinə kömək ediblər. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Baxış sayı:98
Bu xəbər 08 Mart 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















