Berlinin külünü göyə sovuracaqdı Polis son anda ƏLƏ KEÇİRDİ
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlində terror aktı hazırlığında şübhəli bilinən şəxs polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” qəzeti təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.
Məlumata əsasən, 2023-cü ildən Almaniyada yaşayan Suriya vətəndaşı Abdalla R. adlı şəxsin kamikadze hücumu törətməyi planlaşdırdığı ehtimal edilir. Onun yaşadığı üç fərqli ünvanda aparılan axtarışlar zamanı partlayıcı qurğuların hazırlanması üçün lazımi materiallar aşkar edilərək götürülüb. Təqsirləndirilən şəxsin həmin materialları internet vasitəsilə sifariş verdiyi ehtimal olunur.
Saxlanılan şəxsin “İslam Dövləti” (İŞİD) terror təşkilatının tərəfdarı olduğu, sosial şəbəkələrdə həmin təşkilatın təbliğat xarakterli materiallarını paylaşdığı müəyyən edilib. O, dövlət təhlükəsizliyinə qarşı ağır cinayətə hazırlaşmaqda ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Noyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















