Bərpa olunan enerji uzunmüddətli prioritet ola bilər” Mütəxəssis
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
«Rəqəmsal iqtisadiyyat, İKT, maliyyə və peşəkar xidmətlərdir. Bunlar böyük həcmdə xammal tələb etmədən ixrac edilə bilən xidmətlər yaratmağa imkan verir. Bunun üçün insan kapitalının, xüsusilə texniki və rəqəmsal bacarıqların inkişafı vacibdir. IMF də əmək məhsuldarlığının artırılması üçün insan kapitalına investisiyanı xüsusi vurğulayır”.
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspert qeyd edib ki, bərpa olunan enerji və yaşıl sənaye də uzunmüddətli prioritet ola bilər. Burada söhbət yalnız elektrik enerjisi istehsalından deyil, enerji avadanlıqlarının istehsalı, enerji səmərəliliyi, saxlama texnologiyaları və gələcəkdə yaşıl hidrogen kimi istiqamətlərdən gedir. EBRD də Azərbaycanın yaşıl enerji potensialının reallaşdırılmasını 2026-cı il üzrə əsas prioritetlərdən biri kimi göstərir:
“Əsas məsələ isə prioritet sahələri sadəcə dövlət subsidiyaları hesabına böyütmək deyil. Özəl investisiyanı, rəqabəti, ixracı və məhsuldarlığı artıran biznes mühiti yaradılmalıdır. IMF-in 2026-cı il qiymətləndirməsində də qeyri-neft diversifikasiyasının özəl sektor və xarici investisiya hesabına genişləndirilməsi, maliyyə bazarlarının dərinləşdirilməsi və dövlətin iqtisadiyyatda rolunun optimallaşdırılması xüsusi vurğulanır".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















