Icma.az
close
up
RU
Mütəxəssis: İmmun çatışmazlıqlar genetik mənşəli ola bilər

Mütəxəssis: İmmun çatışmazlıqlar genetik mənşəli ola bilər

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 mart, AZƏRTAC

İmmunitet zəifliyi anlayışı tibbdə dəqiq meyarlara əsaslanır və yalnız subyektiv şikayətlər əsasında qiymətləndirilmir. Xəstədən tam anamnez toplandıqdan sonra müayinələr əsasında qərar verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov bildirib.

O deyib ki, ən sadə ilkin müayinə tam qan analizidir. Bu analiz leykositlərin ümumi sayını və onların diferensial paylanmasını göstərir. Leykositlərin aşağı və ya yuxarı olması immun sistemində funksional problemə işarə edir. İmmunoqlobulinlərin səviyyəsinin təyini də vacibdir. IgG, IgA və IgM səviyyələrinin aşağı olması humoral immun çatışmazlıq göstəricisi ola bilər. Limfosit dəyərləri də xüsusi əhəmiyyət daşıyır. Komplement sisteminin komponentlərinin də qiymətləndirilməsi mümkündür. Klinik vəziyyətdən asılı olaraq əlavə genetik testlər tətbiq olunur. Laborator nəticələr hər zaman klinik tablo ilə birlikdə dəyərləndirilir. Məsələn, vitamin D səviyyəsinin aşağı olması avtomatik olaraq ciddi immun çatışmazlıq demək deyil və klinik əlamətlərlə uzlaşdırılmalıdır.

Nahid Məhərrəmov qeyd edib ki, immun sisteminin zəifliyi özünü ən çox təkrarlayan və ağır gedişli infeksiyalarla göstərə bilər. Xüsusilə tez-tez baş verən respirator infeksiyalar, təkrarlanan pnevmoniyalar və uzunmüddətli antibiotik ehtiyacı diqqət çəkir. Göbələk infeksiyalarının davamlı xarakter alması, yaraların gec sağalması və səbəbi izah olunmayan xroniki yorğunluq da mümkün əlamətlərdəndir. Uşaqlarda böyümə və inkişaf geriliyi də immun çatışmazlıqdan şübhələnməyə əsas verir. İmmun çatışmazlıqlar genetik mənşəli ola bilər. Digər hallarda isə kimyaterapiya, metabolik pozğunluqlar, ağır qidalanma çatışmazlığı və ya xroniki stress nəticəsində ikincili immun çatışmazlıq inkişaf edə bilər.

Sağlam qidalanma immuniteti gücləndirirmi?

Mütəxəssis sağlam və balanslı qidalanmanın immun sisteminin normal fəaliyyəti üçün vacib olduğuna diqqət çəkib. “Lakin onu gücləndirən vasitə kimi qəbul etmək düzgün deyil. İmmun hüceyrələrin və anticisimlərin sintezi üçün kifayət qədər zülal və uyğun vitamin və mikroelement qəbulu zəruridir. Liflə zəngin qidalar bağırsaq sağlamlığını dəstəkləyir və immun sistemin tənzimlənməsində mühüm rol oynayır. Sağlam insanlarda əlavə vitamin və mineral qəbulunun immun sistemini gücləndirdiyinə aid sübutlar mövcud deyil. Lakin real çatışmazlıq aşkar edildikdə onun korreksiyası vacibdir və bu, immun funksiyanın normallaşmasına kömək edə bilər”, - deyə o diqqətə çatdırıb.

Terapevt vurğulayıb ki, immun sistemi mürəkkəb və çoxsəviyyəli müdafiə mexanizmidir. O, patogenlərlə mübarizə aparır, hüceyrə nəzarətini təmin edir və immun yaddaşı formalaşdırır:”Anadangəlmə immunitet sürətli və qeyri-spesifik müdafiə təmin edir. Qazanılmış immunitet isə spesifik və uzunmüddətli qoruma yaradır. İmmunitet zəifliyi yalnız klinik və laborator meyarlarla təsdiqlənə bilər və sağlam həyat tərzi, balanslı qidalanma, kifayət qədər yuxu və stressin idarə olunması immun sağlamlığın qorunmasında mühüm rol oynayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri