“Bert” qasırğası Fransada qatarların hərəkətinə mane olub AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 noyabr, AZƏRTAC
“Bert” qasırğası Fransada dəmir yolu hərəkətində məhdudiyyətlərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, SNCF dəmir yolu şirkəti elektrik qatarları reyslərinin ləğvi və yüksəksürətli qatarların hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Güclü küləklə əlaqədar ölkənin mərkəzi və şərq rayonlarında yerləşən doqquz departamentdə narıncı hava təhlükəsi səviyyəsi elan olunub. Meteoroloqların məlumatına görə, bölgədə küləyin sürəti saniyədə 33 metrə çata bilər.
Xatırladaq ki, sulu qar və güclü küləklə müşayiət olunan “Bert” qasırğası indiyədək Böyük Britaniya və İrlandiyada beş nəfərin həyatına son qoyub.

Fransada əhaliyə Bert xəbərdarlığı
25 Noyabr 2024 13:19
“Bert” qasırğası Böyük Britaniyada insan tələfatına səbəb olub AZƏRTAC
25 Noyabr 2024 11:36
Fransada Bert fırtınası: 9 əyalətdə həyat sönüb
25 Noyabr 2024 12:35
Bert qasırğası 5 nəfəri öldürüb
25 Noyabr 2024 15:14
“Bert” qasırğası nəticəsində 3 nəfər ölüb
24 Noyabr 2024 13:10

