Icma.az
close
up
RU
Bəs sizə nefti kim bəxş edib?!

Bəs sizə nefti kim bəxş edib?!

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Britaniyada nəşr olunan "The Guardian" qəzeti "iqlim siyasəti üzrə bir qrup nüfuzlu ekspertin" hesabatına əsaslanan geniş məqalə dərc edib. Məqalədə deyilir ki, qrup üzvləri indiki iqlim konfranslarının "öz məqsədlərinə uyğun olmadığını" iddia edir.

Qrupun tərkibinə BMT-nin keçmiş baş katibi Pan Gi Mun, İrlandiyanın keçmiş prezidenti Meri Robinson, BMT-nin iqlim məsələləri üzrə keçmiş rəhbəri Kristiana Figeres və iqlimşünas alim Yohan Rekstrem daxildir.

"The Guardian" yazır ki, həmin şəxslər BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyası tərəflər konfransının daha "təsirli" ölkələrdə keçirilməsinə çağırış ediblər. Qrupun hesabatında Bakıda keçirilən COP29-a da birbaşa toxunulur: "Kick Big Polluters Out aktivistlərinin təhlil etdiyi məlumatlara görə, ən azı 1773 neft, qaz və kömür lobbisti COP29-a giriş əldə edib".

Hesabatda deyilir: "Konfransın mübahisəli sahibi" olan Azərbaycan özü qazıntı yanacağının iri istehsalçısıdır, həm də neft və qaz onun ixracının yarısını təşkil edir. Ötən il də konfrans neft ölkəsində - Birləşmiş Ərəb Əmirliklərində keçirilib və konfransın prezidenti Sultan Əl Caber öz əsas işində qalıb - ölkənin milli neft şirkəti olan Adnos şirkətinə rəhbərlik edib".

Bu hesabatdan və onun "The Guardian" nəşrindəki şərhinə baxanda belə anlaşılır ki, əslində COP29 öz əsas hədəflərinə çatdıqca, tənqidçilərin sayı və "sanbal"ı artır.

Məlumdur ki, bu konfeansın hədəfi 2030-cu ilə qədər hər il kasıb ölkələrə yardım üçün 1 trilyon dollar məbləğində vəsaitin toplanmasıdır. Hesabat müəlliflərinin özlərinin də etiraf etdiyi kimi, bu məbləğin ən azı üçdə biri varlı dövlətlərin, qalanı isə nəhəng şirkətlərin üzərinə düşür. Belə görünür ki, böyük dövlətlər və iri şirkətlər öz lobbistlərini irəli verərək, onların dili ilə COP29 üzərindən Azərbaycana hücum edir. Məqsəd Paris sazişi ilə üzərlərinə düşəcək öhdəliyi minimallaşdırmaq, kasıb ölkələrə yardım göstərməkdən qaçmaqdır. Bir yandan, özləri iddia edirlər ki, qlobal iqlim dəyişmələrinin əsas səbəbi qazıntı yanacağıdır, o biri tərəfdən neft, qaz və kömür istehsalçısı olan şirkətlərin COP29-a girişinə icazə verilməsinə "təəccüblənirlər". Əslində təəccüblü olan bu "nüfuzlu ekspertlər" in öz narrativləridir. Çünki konfransa ev sahibliyi edən Azərbaycan da daxil olmaqla, bir çox ölkələr "yaşıl" enerjiyə keçidə böyük sərmayələr yatırır, iri layihələr həyata keçirirlər. Daha sürətli, daha miqyaslı və daha effektiv transformasiya üçün daha çox maliyyə resursları lazımdır. Buna da inkişaf etməkdə olan ölkələrin öz imkanları bəs etmir. Ona görə də varlı ölkələr, nəhəng şirkətlər bu sahələrə investisiya qoyuluşu üçün öz dəstəyini göstərməlidir. Bunun COP-un harada keçirilməsinə nə dəxli var? Bu konfrans kömür istehsalçısı olan Almaniyada keçirilir, ya neft hasil edən Birləşmiş Ərəb Əmirliklərində, Azərbaycanda, yaxud heç bir qazıntı yanacağı hasil etməyən İsveçrədə, bunun əsas məqsədə, mahiyyətə nə aidiyyəti var?! Varlı ölkələr kasıb ölkələrə yardım etmək istəyir, yoxsa istəmir? Əsas sual budur.

Bəli, COP həmin İsveçrədə də keçirilib. Əgər böyük dövlətlər, nəhəng şirkətlər dünyanı iqlim dəyişmələrinin fəsadlarından xilas etmək istəyir(di)sə, bunu elə İsveçrədə qərarlaşdırardı, bu fəlakətə qarşı işlər bir neçə il daha tez görülməyə başlanardı. Yaxud bir misal gətirək. Avstriyanın qaza tələbatının 98 faizi Rusiyadan idxala bağlı olub. Ukrayna məlum səbəbdən Rusiya qazının tranzitini dayandırır. Azərbaycandan qaz idxalı həcminin artırılmasında Avropa İttifaqı tərəddüd edir. Ölkələri Bayden formulu ilə "demokratik və qeyri-demokratik" deyə iki yerə bölən Brüssel də öz düşüncəsinə görə "siyasi səbəblər" uydursun, tutaq ki, "demokratik olmayan" ölkələrdən qaz almasın. Bəs onda necə olsun?! Avstriyanın 10 milyonluq əhalisi qışda "demokratikcəsinə" donsun?!

Dünyanın böyük güclərini necə xırda motivlər, necə bir absurd zehniyyət idarə edir?! Heyrət etməmək olmur.

Neft hasil edən ölkələrin lobbistləri neft hasil edən başqa ölkələri "neft dövləti" adlandırır. İndi başqalarını necə adlandıraq?! "Qarğıdalı" dövləti?!

P.S. Yeri gəlmişkən, "The Guardian" ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun da Azərbaycan əleyhinə fikirlərinə yer ayırıb. Buna heç təəccüblənmirik. Çünki Al Qor hələ öz aktiv siyasət dövrlərində də ödənişli "erməni təəssübkeşliyi" ilə fərqlənirdi. İndi də erməni maraqlarının lobbisti kimi öz ampluasındadır. Ona görə onun Azərbaycan əleyhinə çıxışları təəccüb doğurmur. O, prezident İlham Əliyevin COP29-da liderlər sammitində dediyi: "Nefti, qazı bizə Allah bəxş edib" sözlərini kontekstdən çıxarıb, öz istədiyi kimi yanlış şərh edir. Azərbaycan prezidenti demək istəmişdi ki, bu, təbii sərvətdir, ölkənin inkişafının bəlli mərhələlərində bundan istifadə qaçılmazdır. Amma ölkə "yaşıl keçid" strategiyasını inkişaf etdirir. Al Qor isə neftin ona sahib ölkələrin təbii sərvəti olduğunu ya bilmir, ya da "unudub". Görünür, erməni maraqlarının ödənişli lobbiçiliyinə o qədər aludə olub ki, dini inancı da zədələnib. Al Qor, əslində, öz inancına ironiya edir, fərqində deyil. Sual olunur: bəs sizə nefti kim bəxş edib?!

Qor kimi şəxsləri "anlamaq olar: Azərbaycana yönəlik bu cür tənqidlər xüsusi məqsədli olduğundan, tənqidçilərin məntiqi heç də həmişə işləmir. Bir yerdən özlərini dolaşdırırlar; sağlam mühakimə yürüdə bilmirlər. Çünki fikir mübarizəsində, arqument qarşılaşmasında məhz haqlı tərəf güclü olur, güclü tərəf haqlı olmur.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri