Besar Durmişi: Şimali Makedoniyada investisiyalar 17 faiz artıb
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Makedoniyada ilin ilk yarısında iqtisadi artım 3,7 faiz, ümumi investisiyalar isə 17 faiz artıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, ölkənin qlobal iqtisadi çağırışlara cavabı makroiqtisadi sabitlik, investisiyalar, struktur islahatları, enerji təhlükəsizliyi və regional, eləcə də qlobal dəyər zəncirlərinə daha sıx inteqrasiyaya əsaslanır.
Nazirin sözlərinə görə, geosiyasi qeyri-müəyyənlik və enerji böhranının yaratdığı təzyiqlərə baxmayaraq, Şimali Makedoniyanın iqtisadiyyatı ilin ilk yarısında 3,7 faiz böyüyüb. Ümumi investisiyalar isə 17 faiz artaraq iqtisadi aktivliyin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib.
Durmişi qeyd edib ki, ikinci rübdə iqtisadi artım 4,3 faiz təşkil edib.
“Qlobal qeyri-müəyyənlik dövründə investisiya prosesindən geri çəkilməməliyik. Əksinə, infrastruktur, enerjinin şaxələndirilməsi, insan kapitalı və potensialın artırılmasına investisiyaları davam etdirməliyik”, – deyə nazir bildirib.
O vurğulayıb ki, Şimali Makedoniya Avro-Atlantik və Avropa inteqrasiyası vasitəsilə iqtisadi dayanıqlılığını da gücləndirir. Ölkənin 2020-ci ildən NATO üzvü olduğunu xatırladan Durmişi, Avropa İttifaqına üzvlük prosesinin və Avropa standartlarına uyğunlaşmanın iqtisadi transformasiyanın mühüm hissəsi olduğunu bildirib.
Nazir qeyd edib ki, kiçik və açıq iqtisadiyyat üçün sabitlik, proqnozlaşdırıla bilənlik və böyük bazarlara inteqrasiya xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mövcud ticarət razılaşmaları ölkəyə 650 milyondan çox istehlakçının olduğu bazara çıxış imkanı yaradır.
Durmişi enerji təhlükəsizliyi və enerji təchizatının şaxələndirilməsinə də diqqət çəkib. O bildirib ki, əlçatan və münasib qiymətli enerji iqtisadi rəqabət qabiliyyətinin əsas sütunlarından birinə çevrilir.
Nazirin sözlərinə görə, regional enerji bazarının inkişafı, dayanıqlılığın gücləndirilməsi və enerji saxlama imkanlarının artırılması istiqamətində işlər aparılır.
İnfrastruktur investisiyalarının da iqtisadi fəallığa birbaşa təsir etdiyini deyən Besar Durmişi bildirib ki, ilin ilk yarısında tikinti sektorunda 18 faizlik artım qeydə alınıb. Bu göstərici iri infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi ilə əlaqələndirilib.
O əlavə edib ki, biznes mühitinin yaxşılaşdırılması, prosedurların sadələşdirilməsi və investisiya üçün daha əlverişli şəraitin yaradılması istiqamətində islahatlar davam etdirilir.
Durmişi Şimali Makedoniyanın regional iqtisadi inteqrasiyada da fəal iştirak etdiyini bildirib. Onun sözlərinə görə, ölkə Qərbi Balkanlarda daha inteqrasiya olunmuş regional bazarın yaradılmasına və malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkətinin asanlaşdırılmasına yönəlmiş təşəbbüslərdə iştirak edir.
Nazir qeyd edib ki, bu proses Avropanın vahid bazarına inteqrasiya üçün də körpü rolunu oynayır.
“Bizim məqsədimiz yalnız növbəti xarici şoka davam gətirə bilən deyil, həm də dəyişiklikləri imkanlara çevirə bilən iqtisadiyyat qurmaqdır”, – deyə Durmişi bildirib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Sentyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















