Kimsəsiz küçələrin unudulmuş elegiyası
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tural İbrahim
Yazıçı-publisist
Sükutun hökm sürdüyü kimsəsiz küçələrdə, solğun işıq saçan plafonların altında tənha dolaşan o kölgə, insan deyildi...
O, səmadan yer üzünə enmiş bir mələkdi. Dünya gözəlliklərini seyr etmək, insanlığın ülviyyətinə şahidlik etmək ümidi ilə enmişdi bu torpağa. Lakin gördükləri qarşısında dərin bir ah çəkdi.
Mələyin qəlbini sızıldadan nə soyuq küçələr, nə də gecənin qaranlığı idi. Onu dərin düşüncələrə qərq edən insan xislətindəki nankorluq və haqqı tapdalamaq asanlığı idi.
Mələk pıçıldadı:
"Niyə insanlar doqquz dəfə yaxşılıq edən birini, bir dəfə anlamadıqları addımına görə düşmən elan edirlər? Doqquz yaxşılığın işığını, kölgəsini anlamadıqları bir addımla necə qaralda bilirlər?"
Bu sual, əslində, bu gün cəmiyyətimizin ən dərin mənəvi yarasına vurulan neştərdir. Mələk haqlı idi. Bəzən insanlara "pislik" və ya "haqsızlıq" kimi görünən bir addımın alt qatında elə bir sirr, elə bir uzaqgörənlik yatır ki, o, keçmişdə edilən doqquz yaxşılıqdan qat-qat böyük bir xilasa, daha böyük bir xeyirə xidmət edir. Bir həkimin xəstənin həyatını xilas etmək üçün onun bədəninə nəştər vurmasını zülm saymaq nə qədər cəhalətdirsə, dövlətin və millətin taleyini çiyinlərində daşıyanların qərarlarını ötəri hiss hissələri ilə mühakimə etmək də o qədər korluqdur.
Bu nöqtədə nəzərlərimizi dövlətin və ölkə rəhbərliyinin çəkdiyi böyük məsuliyyət yükünə yönəltmək lazımdır.
Zəfəri Qazanan, Rifahı Yüksəldən Bəs İndi Necə "Yalnış" Ola Bilər?
Xalqın tarixi taleyini dəyişən, illərlə çəkilən həsrətə son qoyub zəfər qazandıran, dağılmışı bərpa edən, rifahı yüksəldən və bir cəmiyyəti olduğu mühitdən zirvələrə qaldıran bir iradə düşünün.
Tarixin ən çətin sınaqlarından milləti üzüağ çıxaran, mənəvi qürurumuzu qaytaran rəhbərlik, məgər bu gün atdığı hər bir addımda həmin o böyük Vətən və xalq sevgisindən qidalanmırmı?
Böyük dövlət xadimlərinin qərarları bəzən günün qısamüddətli rahatlığına deyil, gələcək nəsillərin təhlükəsizliyinə köklənir. Sıravi insanın "haqsızlıq" kimi gördüyü strateji bir gediş, əslində, millətin gələcəyini fəlakətdən qoruyan böyük bir qalxandır.
Dünən zəfəri qazandıran, cəmiyyəti dirçəldən və ölkəni ucaldan bir rəhbərliyin bu gün atdığı hər addımda bir hikmət, bir alt qat aramaq əvəzinə, onu bir anlıq narazılıqla unutanlar — məhz haqqı itirənlərdir.
Mənəviyyatını itirmiş bəzi çevrələr bir addımın mahiyyətini anlamadan kölgə salmağa, keçmiş zəfərləri və çəkilən əməkləri silməyə tələsirlər. Bu, sadəcə siyasi və ya sosial yalnışlıq deyil; bu, mənəvi bir tənəzzüldür.
Haqqı itirənlər bilməlidir ki, böyük mənzərəni görmədən kiçik detallara görə hökm vermək körpünü yandırandan sonra qarşı tərəfə keçmək istəməyə bənzəyir. Edilən doqquz yaxşılığın haqqını tapdalamaq, vicdanın səsinə kar olmaqdır. Səhv yolda olanlar üçün örnək isə budur: Liderlik və xalqa xidmət yalnız xoş sözlər toplamaq deyil, yeri gələndə xalqın gələcəyi üçün anlaşılamamaq riskini belə gözə almaqdır. Əsl fədakarlıq budur.
Gecənin qaranlığında o kimsəsiz küçəyə enən mələk, plafonların altından göyə doğru havalanarkən bizə böyük bir dərs qoyub getdi.
Gəlin haqqı itirməyək. Zəfəri qazanan, bu cəmiyyəti dirçəldən və ölkə rəhbərliyinin çiyinlərindəki böyük məsuliyyəti anlayaraq atılan hər bir addımın arxasındakı uzaqgörənliyi və mənəvi dəyəri görək. Çünki keçmişin haqqını verməyən cəmiyyətlər, gələcəyin işığını heç vaxt görə bilməzlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 Oktyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















