Icma.az
close
up
RU
Bəşər Əsəd niyə Rusiyaya sığındı? Xərçəng xəstəliyi, yoxsa böyük mülklər?

Bəşər Əsəd niyə Rusiyaya sığındı? Xərçəng xəstəliyi, yoxsa böyük mülklər?

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və ailəsi Moskvaya gedib. Ona və ailəsinə Rusiya tərəfindən sığınacaq verilib. 

Bəs nə üçün Bəşər Əsəd Rusiyaya sığındı?

Bu barədə politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, onun qaçmaq üçün cəmi iki məkanı var idi.

"Bu, ya İran ola bilərdi, ya Rusiya ola bilərdi. Çünki hər ikisi Əsəd rejiminə dəstək verirdi. Rusiyanı ona görə seçdi ki, birincisi, yoldaşı orada xərçəng xəstəliyindən müalicə alır. Həm də vaxtilə Əsəd Moskvada böyük mülklər alıb. Birinci səbəb bu idi. İkinci səbəb isə ola bilsin, Əsəd İrana o qədər etibar etmir. Düşünür ki, İran onu Suriyaya gələcəkdə təhvil verə bilər. Amma Rusiya belə etməz. Çünki Rusiya keçmişdə Ukraynanın keçmiş lideri Viktor Yanukoviçə də sığınacaq verdi".

Politoloqun sözlərinə görə, Rusiya silahlı müxalifətə qarşı mübarizədə daha çox Əsədə dəstək verirdi, amma Rusiyanın Əsədə verdiyi bu dəstək ona baha başa gələcək.

"Cinayətlər bir-bir üzə çıxır: türmələrdə nə qədər işgəncələr, ölüm halları, bombalamalar, kimyəvi silahdan istifadə... Suriyadakı yeni hakimiyyət və beynəlxalq məhkəmə də Əsədi tələb edəcək. Rusiyaya təzyiq daha da artacaq. Bundan əlavə, Rusiya Suriyadakı iki hərbi bazasını təhlükə altına atdı. Çünki Əsədə sığınacaq verməklə Suriyanın yeni hakimiyyəti ilə münasibətlərini artıq indidən korlanmış oldu. Ona görə də Rusiyanın Suriyada iki hərbi bazasını saxlamaq çətin olacaq", - deyə E.Şahinoğlu vurğuladı.

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri