Icma.az
close
up
RU
Bəşər Əsəd Suriyadan qaçdı Hakimiyyət təhvil VERİLİR

Bəşər Əsəd Suriyadan qaçdı Hakimiyyət təhvil VERİLİR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Suriya prezidenti Bəşər Əsədin ölkədən qaçıb.

Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" bildirib.

Silahlılar Suriya hakimiyyəti ələ keçirdiklərini elan ediblər.

Ordudakı mənbələr, eləcə də bir sıra digər KİV dövlət başçısının təyyarəyə minərək naməlum istiqamətə uçduğunu bildirib.

"Flightradar" uçuş proqramının məlumatına görə, silahlıların şəhərə daxil olması xəbərləri ilə eyni vaxtda Dəməşq hava limanından Suriya Hava Yollarına məxsus təyyarənin havaya qalxması diqqət çəkib. O, əvvəlcə sahilyanı əraziyə doğru uçsa da, sonra qəfil dönüb başqa istiqamətə gedib. Bir neçə dəqiqədən sonra təyyarə xəritədən itib. Təyyarənin Əsədə məxsus olduğu bildirilir.

Məlumata görə, Suriya ordusunun komandanlığı zabitlərə Bəşər Əsədin artıq hakimiyyətdə olmadığını bildirib.

Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali hakimiyyəti təhvil verməyə və müxalifətlə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

“Bu ölkə qonşuları ilə və bütün dünya ilə yaxşı münasibətlər quran normal ölkə ola bilər... Amma bu məsələ Suriya xalqının hansı rəhbərliyi seçməsindən asılıdır. Biz onlarla (müxalifət qüvvələri - Red.) əməkdaşlığa və bütün mümkün şəraiti təmin etməyə hazırıq”, - hökumət başçısı "Facebook"da videomüraciətində bildirib.

Silahlılar Dəməşqin tutulduğunu və prezident Bəşər Əsəd rejiminin süqut etdiyini elan ediblər.

"Heyət Təhrir əl-Şam" qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani hakimiyyətin rəsmi təhvil verilməsinə qədər qurumların baş nazirin nəzarətində qalacağını açıqlayıb.

Qruplaşma bütün dünyadakı suriyalılara “Suriya sizi gözləyir” sözləri ilə müraciət ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Dekabr 2024 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri