Icma.az
close
up
RU
Bəşər Əsəddən sonra nələr baş verəcək: Türkiyədəki suriyalıların taleyi gündəmdə... TƏHLİL

Bəşər Əsəddən sonra nələr baş verəcək: Türkiyədəki suriyalıların taleyi gündəmdə... TƏHLİL

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş dekabrın 9-da TBMM-in iclasında Suriya üçün perspektiv prioriteti açıqlayıb. N.Kurtulmuş bildirib ki, bundan sonra əsas məsələlərdən biri Suriyada sabitliyin tam təmin olunmasıdır:
“Bunun üçün müxalif qruplar xalqın etimadını qazanmalıdır. Şübhəsiz, Türkiyənin əsas məqsədlərindən biri uzun illərdir ki, ölkəmizdə qonaq etdiyimiz mühacirlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etməkdir”.

O, həmçinin hakimiyyəti ələ keçirən müxalif qruplara müraciət edərək deyib ki, bundan sonra arxayınlaşaraq düşünülməmiş, sabitliyi poza biləcək addımlardan çəkinmək lazımdır.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Suriyada hakimiyyət dəyişlikliyi oldu. Uzun illərdir Suriyada kök salmış Bəşər Əsəd rejimi süquta uğradı. Beləliklə, Türkiyənin də fəal iştirakı ilə Yaxın Şərq regionunda yeni reallıqlar yarandı. Bəlkə də, bu reallıqların müəllifi elə rəsmi Ankaradır. 

İndi əsas məsələ Türkiyənin Suriya ilə bağlı siyasətinin bundan sonra necə davam edəcəyidir. Rusiyanı Suriyadan çıxaran Türkiyə indi bölgədə möhkəmlənməyə çalışacaq. Bu, müxtəlif formalarda, o cümlədən hərbi yolla baş tuta bilər. Hərçənd Türkiyə, yəqin ki, ən azı ilkin mərhələdə iqtisadi “rıçak”lara üstünlük verəcək. 

Fikrimcə, Türkiyədəki suriyalıların tədricən öz ölkələrinə qayıtması istiqamətində iş yaxın zamanda başlayacaq. Beləliklə, həm də ölkədə hakimiyyət əleyhinə müəyyən narazılıqların aradan qaldırılmasına nail oluna bilər. 
Türkiyə tədricən Suriyadakı təsir imkanlarını gücləndirməyə çalışacaq. Bu kontektsdə hakimiyyəti ələ alan üsyançılarla əlaqələr yaradılacaq və gücləndirəcək.
Beləliklə, yeni mərhələdə Ankara – Dəməşq əlaqələri əvvəlkinə nisbətən daha yaxşı olacaq. 

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri