Bəşər Əsədin devrilməsindən sonra Türkiyədəki onminlərlə suriyalı qaçqın vətəninə qayıdıb
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az xəbər verir ki, Türkiyəyə sığınmış suriyalı qaçqınlardan 52,6 min nəfəri Bəşər Əsəd hökumətinin devrilməsindən sonra vətəninə qayıdıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir Hatay vilayətindəki sərhəd keçid məntəqəsində jurnalistlərə açıqlamasında deyib: "2024-cü il dekabrın 8-nə qədər orta hesabla 11 min nəfər Suriyaya qayıdırdı. Bu, ötən ilin dekabrına qədər olan 11 ayın məlumatıdır. Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra bu rəqəmlərdə kəskin artım oldu. Son ay ərzində 52,6 min nəfər könüllü şəkildə vətəni Suriyaya qayıdıb".
2017-ci ildən bəri Türkiyədən Suriyaya ümumilikdə 792,6 min nəfərin qayıtdığı bildirilir.
Hazırda Türkiyədə 2,88 milyon nəfər suriyalı qaçqın qalır.
Hürr Tərcüman
Baxış sayı:88
Bu xəbər 10 Yanvar 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















