Icma.az
close
up
RU
“Fənər” camiəsi Kanteni gözləyir!

“Fənər” camiəsi Kanteni gözləyir!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Entoni Musaba, Matteo Genduzi və Mərt Günok kimi isimləri heyətinə qatmaqla qış transfer dönəminə çox sürətli başlayan “Fənərbaxça” daha bir mühüm keçidi tamamlamağa yaxındı.

"Football-plus.az" xəbər verir ki, “Fənər” fanatları ən qısa müddətdə xoş xəbər alacaq. Söhbət “Əl-İttihad”ın fransalı ulduzu Nqolo Kantedən gedir.
İstanbul nəhəngi bu transferi tamamlamaq üçün həftənin əvvəlindən bəri əlindən gələni edir. Dünya çempionu ilə ilk təmas pozitiv alındıqdan sonra klubun rəsmiləri – idarə heyətinin üzvü Ərtan Torunoğulları və idman direktoru Devin Özək Səduiyyə Ərəbistanına yollandılar. Onlar Kante ilə eyni məkanda görüntüləndilər.
“Fanatik” nəşrinin məlumatına görə bu görüş zamanı “Fənər” rəsmiləri həm Kantenin özü, həm də onun meneceri ilə bütün prinsipial məsələlərdə anlaşaraq masadan qalxdılar.
2023-cü ildən “Əl-İttihad”ın şərəfini qoruyan 34 yaşlı ünlü yarımmüdafiəçinin klubla müqavilə müddəti mövsümün sonunda başa çatır. Kante artıq Səudiyyə Ərəbistanında qalmaq istəmir. Onun “Əl-İttihad”ın illik 12,5 milyon avroluq maaş təklifini geri çevriməsi də bunu təsdiq edir. İndi “sarı-lacivərdlilər”ə bu transferdə yalnız İngiltərə klubları mane ola bilər. Kanteyə İngiltərədən də maraq göstərənlər var. Ancaq ingilislərin heç biri ona “Fənər” qədər maaş təklif etmir. Həm də Kante özü “Əl-İttihad” rəhbərliyinə “Fənər”lə artıq anlaşdığını və bu qərarını dəyişməyəciyini bildirib. Bu məqam, sözsüz, İstanbul nəhənginin mövqeyini gücləndirir.
Maaş məsələsinə gəlincə, “Fənər” dünya çempionuna illik 5 milyon avro maaş və bonuslar təklif edib. Anlaşmanın neçə illik olacağı barədə dəqiq məlumat yoxdu. Bu mövsümün ikinci dövrəsi üçün Kanteyə 2,5 milyon avro maaş veriləcək. Artıq klubda hər kəs ünlü futbolçunun İstanbula ayaq basacağı tarixi gözləyir.
Yeri gəlmişkən, “Fənərbaxça” İrfan Can Kahvecinin ardından Cenk Tosunla da yollarını ayırıb. Məlum olduğu kimi, hər iki futbolçu noyabrın əvvəllərindən eitbarən baş məşqçi Domeniko Tedeskonun tələbi ilə əsas heyətdən kənarlaşdırılmışdı. Bir neçə gün öncə klubdan verilən məlumatda İrfan Canın mövsümün sonuna qədər “Kasımpaşa”ya icarəyə verildiyi qeyd olunmuşdu. Cenklə isə müqavilə qarşılıqlı şəkildə ləğv edilib. Rəsmi qərarın ən qısa şəkildə açıqlanacağı gözlənilir.
İddialara inansaq, Cenklə İrfan Can Kahvecinin yolları yenidən kəsişməyə yaxındı. Çünki təcrübəli futbolçu da “Kasımpaşa” ilə anlaşmaq üzrədi. 2024-ün yayında “Beşiktaş”dan ayrılaraq sərbəst futbolçu statusunda “Fənər”ə gələn Cenkin burda karyerasının uğurlu alındığını söyləmək çətindi.
Joze Mourinyonun dönəmində yalnız 3-cü forvard statusunda olan və heç cür əsas heyətə düşə bilməyən 34 yaşlı futbolçu “sarı-lacivərdlilər”də cəmi 29 rəsmi oyuna çıxaraq hesabına 2 qol, 2 məhsuldar ötürmə yaza bildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Yanvar 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri