Icma.az
close
up
RU
Müsəlman qardaş deyir ki, hər ay mənə 50 manat ver, günahların yuyulsun Atrium dakı hadisənin DETALLARI

Müsəlman qardaş deyir ki, hər ay mənə 50 manat ver, günahların yuyulsun Atrium dakı hadisənin DETALLARI

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Qusar rayonunda 1996-cı il təvəllüdlü Orxan kafe işlədən Elvin adlı şəxsi bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 17-də Qusar şəhəri Z.Əliyeva küçəsində yerləşən “Atrium” adlı kafedə baş verib. 
Orxan həmin gün, gecə saat 00:50-də qeyd olunan kafeyə gedərək orada masa arxasında əyləşən həmin kafeni icarəyə işlədən Elvinin qulağına söz demək bəhanəsi ilə qəfildən cib bıçağı ilə döş qəfəsindən zərbə vurub. 
Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Elvini əvvəlcədən tanıyıb: “Elvin idarə etdiyi obyekti əxlaqsızcasına işlədin. Orada sərxoş qızlar və oğlanlar olub. Onlar həmin ərazidə yaşayan insanları narahat edib. Mən özüm də spirtli içki içən olmuşam. Lakin Elvinin obyektində içki qəbul etməmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, həmin gün obyektə Elvindən borc məqsədi ilə pul almaq üçün gedib: “Mən  narkotik vasitə istifadə etməmişəm. Hadisə vaxtı bıçaq üzərimdə olub. Elvin özünü yaxşı aparmadığı üçün onu bıçaqlamışam. Mənim psixoloji problemlərim olub”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ildə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunub və Qusar rayon Məhkəməsinin hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub:
“2022-ci ildə isə cəzamın sonu ilə azadlığa buraxıldım. Qusar şəhərində ailə üzvlərim ilə birlikdə yaşayıram. Azadlığa çıxdıqdan sonra heç bir işlə məşğul olmamışam. Yalnız valideynlərimin himayəsində olmuşam. Artıq bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etdiyimdən narkotik vasitə almaq üçün Elvinin işlətdiyi kafeyə getdim. Orada Elvini gördüm və ona dedim ki, məni sənin yanına müsəlman qardaş göndərib, dedi ki, hər ay mənə 50 manat pul verməlisən və günahlarından silinsin, kimliyini bilmək istəyirsənsə istənilən müsəlman qardaşdan biridir. Bu zaman Elvin mənə dedi ki, həmin şəxs kişi kimi mənim yanıma gələrək üzümə söz desin, mən ona 50 manat yox 200 manat verəcəyəm. Bu zaman Elvinə, “yəni mən həmin adama deyim ki, tutdurmayacaqsan, şikayət, problem-zad olmayacaq da?”, dedim., Elvin də problem olmayacağını söylədi. Bundan sonra oradan getdim”.
Təqsirləndirilən şəxsin ifadəsində görə, növbəti gün yenidən həmin kafeyə gəlib: “Həmin vaxt kafedə tanımadığım müştərilərin masa arxasında əyləşdiyini, Elvinin də həmin kafedə işləyən Yaşarla birlikdə başqa masa arxasında əyləşərək çay içdiklərini gördüm. Bu zaman Elvinin əyləşdiyi masaya yaxınlaşdım. Əyilərək qulağına özümə iki manat pul verməsini, taksiyə verməli olduğumu dedim. Elvin də iki manatı mənə verdi. Həmin vaxt kafedə tanışım Qusar şəhər sakini Teyfuru gördüm. Onunla hal-əhval tutaraq söhbət etdikdən sonra yenidən Elvinə yaxınlaşdım. Onu küçəyə söhbət etməyə çağırdım. Yalandan işim olduğunu dedim. Lakin Elvin nə sözü olsa burada deyə biləcəyimi bildirdim. Bu zaman Elvinin qulağına söz demək bəhanəsi ilə ağzımı qulağına yaxınlaşdırdım və cibimdə olan bıçağı gizlin çıxararaq masa arxasında Elvinin sol tərəfindən bir dəfə qəfildən vurdum. Dərhal qaçaraq kafedən uzaqlaşdım. Qusar şəhərində yerləşən stadiona tərəf getdim. Ora çatmamış bıçağı tulladım. Bundan sonra öz yoluna davam edərək tanımadığı taksi ilə rayonun Balaqusar kəndinədək getdim. Oradan da tanımadığım avtomobillərlə Xudat şəhərinə, daha sonra Xaçmaz şəhərinə getdim. Polis əməkdaşlarının məni axtaracaqlarını bildim. Ona görə də evə qayıtmadım. Xaçmaz şəhərindən də Bakı şəhərinə getdim. Lakin orada qalmağa yerim olmadığı üçün küçədə yatdım. Artıq orada da qalmağın bir mənası olmadığından əvvəl-axır tutulacağımı bildiyim üçün oktyabrın 21-də yaşadığım evə qayıtdım. Oktyabrın 21-də, saat 19 radələrində evdə olduğum zaman polis əməkdaşları gəldi və məni Qusar rayon Polis Şöbəsinə apardılar”.
İş üzrə zərərçəkmiş Orxanın sözlərinə görə, hadisədən 2 gün əvvəl öncədən tanımadığı Orxanın ona yaxınlaşıb və kafedən musiqi səsləri eşidildiyini, onunla çölə çıxmağı istəyib: “Orxandan bunun səbəbini soruşdum. O, mənə telefonda olan bir səsə qulaq asdıracağını dedi. Mən də nə lazımdırsa, kafedə deməsini istədim. Bu zaman isə Orxan dedi ki, bilirsiniz, elçiyə zaval yoxdur, mənə dedilər ki, get, ona de, onun günahları çoxdur, ayda 50, 100 manat, gücü nəyə çatırsa, kömək etsin və günahları yuyulsun. Mən də Orxandan onu kimin göndərdiyini soruşdum. Orxan müsəlmanlar qardaşlardan biri olduğunu bildirdi. Orxana “Müsəlman qardaşına deyərsən ki, Elvin üçün heç bir problem yoxdur, ada 50 manat yox, 100 manat verəcəyəm, amma özü mənim yanıma gəlsin” dedim. Orxan bundan sonra getdi. İki gündən sonra obyektdə tək oturarkən yenidən gəldi. Yaxınlaşaraq taksi ilə gəldiyini, taksinin çöldə onu gözlədiyini, 2 manat verməyimi, taksini yola saldıqdan sonra pulu xırdalayaraq geri qaytaracağını dedi. Ona 2 manat verdim. Həmin anlar videogörüntülər də öz əksini tapıb. Daha sonra Orxan məndən 3-4 metr aralı məsafəyə getdi və Teyfur adlı şəxslə söhbət etməyə başladı. Orxangili kənardan müşahidə etdim. Lakin nə söhbət etdiklərini başa düşmədim. Sonra isə Orxan yenidən mənə yaxınlaşdı. Bu zaman Orxandan 2 gün öncə danışdıqları məsələnin necə olduğunu soruşdum. Orxan qulağıma söz demək üçün icazə istədi. Elə həmin vaxt məni vuraraq qaçdı”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxan 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunub. O, ərazi narkoloji dispanserdə qeydiyyata götürülüb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri